Həyat yoldaşı ilə bir şöbədə işləmək qanunauyğundur?
Salam! Yoldaşımla bir şöbədə işləyirəm, mən şöbə rəisiyəm, yoldaşım mühəndisdir, lakin audit yoxlaması vaxtı məsələ qalxıb ki, yaxın qohumların, ailə üzvlərinin bir-birindən asılı vəziyyətdə işləməsi yolverilməzdir, bilmək istəyərdim belə vəziyyət qanunda necə tənzimlənir?
A. Eyyubova
Cavab 1: İlk növbədə Azərbayjan Respublikasının Konstitusiyasına görə Respublikamızın vətəndaşları azaddırlar və asılı deyildirlər.Bundan əlavə mən belə bir məhdudiyyət haqqında heç bir normativ aktda rastlaşmamışam.Ola bilsin ki, sizin audit yoxlamanız, daxli audit yoxlamasıdır və auditorlar bunu tabeçiliyinizdə olduğunuz baş idarənin təsdiqlədiyi daxili-nizam intizam qaydaları ilə əsaslandırırlar, həmçinin həmin qaydalarda həqiqətən də belə bir qeydlər vardırsa, həmin qeydlər də qanunla təsdiqlənməlidir.Yəni hansı normativ aktda bu öz əksini tapmışdır.Bundan əlavə sizə bunu irad kimi bildirəndə, sual vermək lazımdır ki, bu harada yazılıb.Yəqin ki, onlar sizə bunu göstərə bilməyəcəklər.
0 Komment
Şərh yazın