Müqavilə kiminlə bağlanılsın: müəllimlə, yoxsa kafedra müdiri ilə?

Müqavilə kiminlə bağlanılsın: müəllimlə, yoxsa kafedra müdiri ilə?

Sual: Hazırda Universitetinin kadrlar şöbəsində işləyirəm. Təhsil sahəsində olan fərqliliklərdən dolayı bəzi sıxıntılarımız var. Universitetdə dərs deyən bir çox professor-müəllim heyətinin əlavə olaraq bəzi inzibati vəzifələri də var. Məsələn, kafedra müdiri, dekan və sair kimi. Bu işçilərə inzibati vəzifə verildikdə onlarla əmək müqaviləsi bağlanmalıdırmı? Bağlanarsa, hansı vəzifəsi əsas sayılmalıdır.

Bu məsələdə bizə yardımçı olmanızı xahiş edirəm.
Əvvəlcədən təşəkkür edirəm.
Cavab: Qaldırdığınız məsələ çox aktualdır. Məsələyə bir az sadə formada yanaşaq. Tutaq ki, 01.08.2011-ci il tarixində universitetdə hər hansı bir fənni tədris etmək üçün müəllim işə qəbul etmisiniz. Əlbəttə ki, işə qəbul olunan zaman bu müəllimlə əmək müqaviləsi bağlamalısınız. Və müqavilədə müəllimin əməkhaqqının ödənilməsi forması və məbləği müəyyənləşdirilir. Bir müddət sonra artıq həmin müəllimə yeni, qeyd etdiyiniz kimi inzibati vəzifə təklif olunur. Məsələn, kafedra müdiri. Təcrübədə, adətən, müəllimə belə bir vəzifə veriləndə çox vaxt həmin müəllimin dərs saatlarının çox hissəsi geri alınır, kiçik bir hissəsi saxlanılır. Bu halda yaxşı olardı ki, həmin işçi ilə inzibati vəzifə kimi əmək müqaviləsi bağlanılsın və əgər iş saatları qalarsa, əmək funksiyalarına əlavələr olunsun. Yəni, əmək müqaviləsi kafedra müdiri ilə bağlanılsın və hər hansı dəyişikliklər olarsa, onda bu müqavilənin bazasında aparılsın.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər