.jpg)
ƏLA XƏBƏR! Əmək müqavilələrini "mygov" platformasında imzalamaq imkanı yaradıldı
“Mygov” platformasında yeni xidmət istifadəyə verilib. Artıq “Əmək müqaviləsinin imzalanması” xidməti platformada əlçatandır. Bu inteqrasiya İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı nəticəsində reallaşdırılıb. Xxidmət çərçivəsində işəgötürən tərəfindən göndərilmiş əmək müqavilələri istər yeni işə qəbul zamanı, istərsə də mövcud müqavilələrdə dəyişiklik olduqda vətəndaşlar tərəfindən birbaşa “mygov” platformasında imzalana biləcək.
Xidmətdən istifadə qaydası aşağıdakı kimidir:
– Portalda “Məşğulluq” kateqoriyasından “Əmək müqaviləsinin imzalanması” xidmətinə daxil olunur.
– İmzalanmalı müqavilə mövcuddursa, siyahıda göstərilir, əks halda bu barədə mesaj əks olunur.
– Müqavilə seçilir və təqdim edilən məlumatlarla tanış olunur.
– “İmzala” düyməsinə klik edilərək müqavilə SİMA İmza vasitəsilə təsdiqlənir.
Bununla yanaşı, əgər vətəndaşın yeni əmək müqaviləsi varsa, bu barədə ona “mygov” üzərindən bildiriş göndərilir və vətəndaş həmin bildirişdən birbaşa keçid edərək müqaviləni imzalaya bilir.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi uçotu: A-dan Z-yə (IX nəşr) - 2025
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2025
3. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025
4. Vergi Məcəlləsi 2025
5. Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı
6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
7. ƏMAS Platforması - 2024 (II nəşr)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Əməyin uçotu: A-dan Z-yə (V nəşr)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. ƏMAS Platforması - III nəşr
3. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın