Nərmin Mirzəyeva: "ƏMAS altsisteminə edilən yeniliklər nəticəsində bürokratik əngəllər aradan qaldırılıb"

Nərmin Mirzəyeva: "ƏMAS altsisteminə edilən yeniliklər nəticəsində bürokratik əngəllər aradan qaldırılıb"

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini: " Yaxın günlərdə Səhiyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində xəstəlik vərəqələrinin elektronlaşdırılması da planlaşdırılır"

Azərbaycanın əmək münasibətlərinin elektronlaşdırılması sahəsində atdığı addımlar və əldə etdiyi nailiyyətlər bir çox ölkələrin diqqət mərkəzindədir, və artıq bu sahədə ölkənin təcrübəsini öyrənmək istəyənlərin sayı artmaqdadır.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva “Əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları ekoloji, sosial və korporativ idarəetmə yanaşmasının əsas istiqamətlərindən biri kimi” mövzusundakı konfransda bildirib ki,  ölkədə əmək münasibətləri sahəsində həyata keçirilən ən mühüm addımlardan biri bu il reallaşıb: “Avqust ayında qüvvəyə minən qanunvericiliyə əsasən, əmək münasibətləri demək olar ki, tamamilə elektronlaşdırılıb. Artıq işçi və işəgötürən arasında əmək müqavilələri elektron qaydada bağlanılır. Həmçinin işəgötürən müqaviləyə xitam verdikdə və bununla bağlı lazımi xəbərdarlıq tədbirlərini həyata keçirərkən bütün prosesləri mütləq qaydada elektron sistem üzərindən etməlidir və işçini əvvəlcədən məlumatlandırmalıdır. Əmək münasibətləri ilə bağlı əmirlər və arayışlar da elektron kabinetlər vasitəsilə icra olunur. Dövlət Əmək Müfəttişliyi Xidməti ilə işəgötürənlər arasındakı münasibətlər də bu elektron kabinetlər vasitəsilə idarə edilir”

Xidmətin rəis müavini qeyd edib ki, müxtəlif dövlət qurumlarının məlumat bazalarının inteqrasiyası nəticəsində işə qəbul, məşğulluq imkanlarının təmin edilməsi və əmək münasibətlərində bürokratik əngəllər aradan qaldırılıb: "Belə ki, artıq məhkumluqla bağlı arayışlar işəgötürən tərəfindən inteqrasiya olunmuş elektron sistem vasitəsilə əldə edilir. Yaxın günlərdə Səhiyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində xəstəlik vərəqələrinin elektronlaşdırılması da planlaşdırılır.  Bu yeniliklər yalnız iş proseslərini sürətləndirmir, həm də kağız sərfiyyatını azaltmaqla ekoloji mühitin qorunmasına mühüm töhfə verir”.

Mənbə: Report.az

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər