Qarabağda çalışan şəxsə niyə 600 manatlıq sosial müavinət ödənilmir?

Qarabağda çalışan şəxsə niyə 600 manatlıq sosial müavinət ödənilmir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsələyə aydınlıq gətirdi

Şuşa sakini Emil Cəfərov bildirib ki, 4 ildir Qarabağda çalışsa da, ona müavinət hesablanmayıb: “Prezident İlham Əliyevin Fərmanı ilə işğaldan azad olunmuş ərazilərdə ən azı 1 il işləyən hər bir vətəndaşa birdəfəlik 600 manat müavinət ödənilir. Mən də 2021-ci ildən Şuşada işləyirəm, eyni zamanda Şuşa sakiniyəm. Bu qərarla bağlı metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən DOST Mərkəzinə müraciət etdim və sistemdə Şuşada işləməyimlə bağlı məlumat var idi. Lakin mənə bu müavinətin ödənməyəcəyini dedilər. Səbəb kimi isə həmin şirkətin VÖEN müqaviləsinin Bakıda bağlandığını bildirdilər. Halbuki Qarabağda hansısa VÖEN bağlamaq üçün heç bir idarə yox idi”. 

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan "Qafqazinfo" saytınının sorğunuza cavab olaraq bildirildi ki, işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün təsis olunan müavinət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (MEİS) inteqrasiya edilən aidiyyəti dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatlarında və sistemlərində olan məlumatlara əsasən proaktiv qaydada təyin olunur: 

“Yəni vətəndaşlardan hər hər hansı sənədləri toplayaraq təqdim etməsi tələb edilmir. Bu sosial ödəniş növü qanunvericiliyə əsasən aşağıdakı şərtlər daxilində təyin edilir: peşə, orta ixtisas və ali təhsil haqqında dövlət sənədi və son 60 ay ərzində ən azı 24 ay əmək stajı və işğaldan azad edilmiş ərazilərdə əmək müqaviləsi əsasında işləyən şəxs olmalı, işəgötürən işğaldan azad edilmiş ərazilərdə vergi uçotunda olmalı, iş yeri işğaldan azad edilmiş ərazilərdə yerləşməli və mütəxəssis işğaldan azad edilmiş ərazilərdə məskunlaşmalıdır.

Cəfərov Emil Çingiz oğlunun müraciətinin araşdırılması zamanı müəyyən edilib ki, adıçəkilən şəxsin işğaldan azad edilmiş ərazilərində işləmək üçün azı bir il müddətinə bağlanılmış əmək müqaviləsi, Mərkəzləşdirilmiş elektron informasiya sistemində peşə, orta ixtisas və ali təhsili haqqında məlumatlar olmadığından və hal-hazırda çalışdığı işəgötürən işğaldan azad edilmiş ərazilərində vergi uçotunda olmadığından sözügedən müavinət təyin edilməyib”.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər