İlin sonunda beşgünlük və altıgünlük iş həftəsində iş və istirahət günləri məsələsi necə tənzimlənməlidir?

İlin sonunda beşgünlük və altıgünlük iş həftəsində iş və istirahət günləri məsələsi necə tənzimlənməlidir?

MKS Academy tərəfindən əmək qanunvericiliyinə aid iki tematik təlim həyata keçiriləcək:
30 noyabr 2024-cü il saat 11:00 - 14:00"ƏMAS Altsistemi: Görünməyən tərəflərin A-dan Z-yə İzahı"
7 dekabr 2024-cü il saat 15:00 - 18:00 - "Əmək haqqı hesablanması: A-dan Z-yə"
Onlayn (ZOOM) və əyani (Caspian Plaza) formada keçirilən tematik təlimdə iştirak etmək üçün 050-368-12-72 (what's app da aktivdir) saylı telefonla və ya [email protected] adressi ilə əlaqə saxlamaq mümkündür.

-----------------------------------------------------------------------

Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədovun 28 noyabr 2024-cü il tarixli, 499 saylı qərarı ilə iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib. 

Oxucularımızı maraqlandıran məqamlardan biri də beşgünlük və altıgünlük iş rejimlərində iş və istirahət günlərinin necə müəyyənləşdirilməsidir. Nazirlər Kabinetinin qərarının beşgünlük iş həftəsi üzrə olmasını nəzərə alaraq qeyd olunan tarixlərdə hər iki iş rejimində iş və istirahət günlərinin bölgüsünü cədvəl şəklində təqdim edirik:

Sıra

Tarix

Beşgünlük iş həftəsi

Altıgünlük iş həftəsi

Qeyd

1

28 dekabr 2024-cü il (şənbə)

İş günü

 

2

29 dekabr 2024-cü il (bazar)

İş günü

Qeyri-iş günü

 

3

30 dekabr 2024-cü il (bazarertəsi)

Qeyri-iş günü

İş günü

 

4

31 dekabr 2024-cü il (çərşənbə axşamı)

Qeyri-iş günü

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

5

1 yanvar 2025-ci il (çərşənbə)

Qeyri-iş günü

Yeni il bayramı

6

2 yanvar 2025-ci il (cümə axşamı)

Qeyri-iş günü

7

3 yanvar 2025-ci il (cümə günü)

Qeyri-iş günü

İş günü

 

8

4 yanvar 2025-ci il (şənbə)

Qeyri-iş günü

İş günü

 

9

5 yanvar 2025-ci il (bazar)

Qeyri-iş günü

 

10

6 yanvar 2025-ci il (bazar ertəsi

İş günü

 

Cədvəldən göründüyü kimi, beşgünlük iş həftəsi üzrə 2024-cü ilin son iş günü 29 dekabr (bazar günü) hesab olunacaq. 2025-ci ilin ilk iş günü isə 6 yanvar 2025-ci il tarixinə (bazar ertəsi) təsadüf edəcək. Beləliklə, ardıcıl 7 gün (30 dekabr 2024-5 yanvar 2025) qeyri-iş günü olacaq.

Altıgünlük iş həftəsində isə ardıcıl 3 gün (31 dekabr 2024-2 yanvar 2025) qeyri-iş günü hesab ediləcək.

Qeyd edək ki, altıgünlük iş həftəsində çalışan işəgötürənlər üçün iş və istirahət günlərinin yerlərinin dəyişməsi imperativ norma hesab edilmir. Yəni Nazirlər Kabinetinin qərarı beşgünlük iş həftəsi üçün məcburi olsa da, altıgünlük iş həftəsində çalışan işəgötürənlər, əmək qanunvericiliyi və  istehsalat norması üzrə tələblərin gözlənilməsi şərti ilə, öz istəklərinə uyğun iş günləri ilə istirahət günlərinin yerlərini dəyişdirə bilərlər. O səbəbdən də mümkündür ki, altıgünlük iş həftəsində çalışan işəgötürən 2024-cu ilin 29 dekabr tarixinin iş günü, 30 dekabr tarixinin isə istirahət günü hesab edilməsinə qərar versin. Bu zaman altıgünlük iş həftəsindən çalışan işçilər ardıcıl 4 gün (30 dekabr 2024-1 yanvar 2025-ci il) tarixlərində istirahət etmiş olacaqlar.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər