Azərbaycan İnsan Resursları Peşəkarları (AİRP) platforması fəaliyyətinin 7 illiyini qeyd edib

Azərbaycan İnsan Resursları Peşəkarları (AİRP) platforması fəaliyyətinin 7 illiyini qeyd edib

MKS.az olaraq həmkarlarımızı 7 illik yubileyi münasibətilə təbrik edirik və daimi uğurlar arzulayırıq.
 
Azərbaycanda insan resursları sahəsinin və insan resursları peşəkarlarının inkişafını məqsəd qoyan Azərbaycan İnsan Resursları Peşəkarları (AİRP) platforması fəaliyyətinin 7 illiyini üzvləri ilə qeyd etdi. Tədbirin açılış nitqini edən platformanın təsisçisi və rəhbəri Orxan İsayev platformanın keçdiyi yolu və gələcək hədəflər barədə məlumat verdi. Tədbir əyləncəli bilik yarışması, praktiki təlim və üzvlərin sosiallaşması ilə davam etdi. Orxan İsayev platformaya yeni üzv olan şəxslərə üzvlük kartları təqdim etdi və platformanın inkişafına töhfə verən üzvlərinə plaket təqdim etdi.
Xatırladaq ki, AİRP platformasının 100-dən çox üzvü var və platforma dəyər yaradırıq şüarı ilə fəaliyyət göstərir.

0 Komment

    Şərh yazın

    Xəbərlər