Nazirlər Kabinetinin bayram günləri ilə bağlı qərarı altıgünlük iş rejiminə necə təsir edəcək?

Nazirlər Kabinetinin bayram günləri ilə bağlı qərarı altıgünlük iş rejiminə necə təsir edəcək?

Mks.az saytının Nazirlər Kabinetinin qərarı ilə bağlı mövqeyi

Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq qərarının altıgünlük iş rejiminə təsiri ilə bağlı həmkarlarımızdan suallar daxil olur.  Baş nazir Əli Əsədovun 20 oktyabr 2023-cü il tarixli, 373 saylı qərarı ilə iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib. Yəni beşgünlük iş həftəsində cari həftə  iş günü 4 noyabr, növbəti həftənin iş günləri 6, 7 noyabrdır. Ardıcıl 5 gün – 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq və bayramdan sonra ilk iş günü isə 13 noyabrdır.

Amma altıgünlük iş həftəsində çalışanlara Nazirlər Kabinetinin müvafiq qərarın hər hansı təsiri olmayacaq. Cari həftənin şənbə günü yəni 4 noyabr 2023-cü il tarixi iş günü olacaq.  Növbəti həftədə ilk iki iş günündən sonra ayın 8 və 9-u bayram günlər olduğu üçün qeyri-iş günləri olacaq. Bayramdan sonra isə 10-11 noyabr 2023-cü il tarixləri altıgünlük iş rejimi ilə çalışanlar üçün iş günü hesab ediləcək.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər