Nazirlər Kabinetinin qərarı ilə noyabr ayında iş və istirahət günlərinin yeri dəyişdirildi
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi. Baş nazir Əli Əsədovun 20 oktyabr 2023-cü il tarixli, 373 saylı qərarı ilə iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib. Beləliklə, noyabr ayında ardıcıl 5 gün – 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. Noyabrın 4-ü - şənbə günü isə rəsmi iş günüdür. Qeyd edək ki, 8 noyabr və 9 noyabr tarixləri ölkəmizdə müvafiq olaraq "Zəfər günü" və "Azərbaycan Respublikasının Dövlət bayrağı günü" günü hesab edildiyi üçün həmin tarixlər qeyri-iş günləri hesab edilir.
Həmin qərarın mətninin həmkarlarımıza təqdim edirik:
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında
“Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr
tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr
tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə
2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri
dəyişdirilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 20 oktyabr 2023-cü il
№ 373
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023
3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023
4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023
5. Əmək Qanunvericiliyi Toplusu 2023
6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023
7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023
8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023
9. Mühasibat uçotu 2022
10. ƏMAS platforması A-dan - Z-yə 2022
0 Komment
Şərh yazın