PMS imtahanında vəfat edən həmkarımızla bağlı imtahan yoldaşından maraqlı açıqlamalar

PMS imtahanında vəfat edən həmkarımızla bağlı imtahan yoldaşından maraqlı açıqlamalar

Mərhum Qəribov Alxaz dövlət sektorunda çalışsa da, KOS üzrə PMS Sertifikatı ilə bağlı imtahan üçün gəlibmiş…

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən Peşəkar Mühasib Sertifikatı imtahanında iştirak edən 1956-cı il təvəllüdlü Qəribov Alxaz Abid oğlu imtahan zalında vəfat edib. Mərhum həmkarımızla eyni otaqda imtahan iştirakçısı olan həmkarımızın verdiyi məlumata əsasən, hadisə  Biznes Universtitetinin 7-ci mərtəbəsində yerləşən 94-cü zal olan otaqda qeydə alınıb. Həmkarımız Qəribov Alxaz imtahana vaxtından bir qədər öncə gəldiyi üçün  imtahanda iştirak edən digər həmkarlarla da müzakirələr aparıb.  Qəribov Alxaz bildirib ki, hal-hazırda büdcə təşkilatında çalışsa da, sahibkarlıq subyektlərinə mühasibatlıqla bağlı xidmətlər göstərdiyi üçün KOS Sertifikatı üçün keçirilən imtahanda iştirak edir.  İmtahan başlamasına az müddət qalmış təxminən saat 10-a qalmış həmkarımızın ürəyində qəflətən problemlər yaranıb. İmtahanda iştirak edən namizədlər ilkin tibbi yardım göstərməyə cəhd etsələr də, 67 yaşlı həmkarımızın həyatını xilas etmək mümkün olmayıb.

Allah rəhmət eləsin….

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər