YENİLİK! ƏMAS Altsistemində işçinin ƏSAS iş yeri ilə bağlı düzəliş edildi

YENİLİK! ƏMAS Altsistemində işçinin ƏSAS iş yeri ilə bağlı düzəliş edildi

MKS.az-ın ekspertləri də ƏMAS altsistemində həmin məlumatın təqdim edilməsini işçinin əmək huququnun pozulması kimi qiymətləndirdilər

ƏMAS altsistemində işçinin işə qəbul zamanı onun əsas iş yeri olduğu halda iş yerinın adının təqdim olunması prosesi aradan qaldırılıb. Qeyd edək ki, son dəyişikliyə qədər işçinin əsas iş yeri haqqında məlumatda iş yerinin adı da əks olunurdu. MKS ekspertləri dövlət nümayəndələri ilə görüşdə, həmçinin nəşrlərimizdə də ƏMAS alt sistemi tərəfindən işçinin əsas iş yerinin adının qeyd edilməsinin onun əmək hüquqlarının pozulmasını kimi qiymətləndirmişdi. 2022-ci ilin sonlarında dərc olunan “ƏMAS Platforması: A-dan Z-yə” kitabından seçməni təqdim edirik: “Qeyd edək ki, ƏMAS altsisteminin yaradılmasında iştirak edən nümayəndələrlə görüş zamanı bildirdik ki, işçinin əsas iş yerinin konkret qurum və vəzifə üzrə bildirilməsi işçinin məxfi məlumatlarının açıqlanmasına səbəb olur. İşçinin iş yeri haqqında məlumatların üçüncü şəxslər tərəfindən asanlıqla əldə edilməsi onun əmək hüquqlarının pozulmasına səbəb ola bilər.”

ƏMAS altsistemində edilən dəyişiklik nəticəsində şəxsin əsas iş yeri haqqında məlumat aşağıdakı kimi əks olunacaq:

Şəkildən göründüyü kimi, bildiriş formasında artıq iş yerinın adı qeyd edilmir.

Satışda olan YENİ nəşrlərimiz:

 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər