Sahil Babayev: "Ölkəmizdə əmək haqqıya tətbiq edilən icbari ödənişlərin cəmi məbləği əksər inkişaf etmiş ölkələrdən iki dəfə azdır"

Sahil Babayev: "Ölkəmizdə əmək haqqıya tətbiq edilən icbari ödənişlərin cəmi məbləği əksər inkişaf etmiş ölkələrdən iki dəfə azdır"

Əmək və əhalinin sosial müdafiəsi naziri: “Dövlət əmək haqqı fondundan sosial sığorta məbləğinin azadılması üzrə güzəşt edə bilməz”

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "İnsan Resursları Zirvəsi 2023" adlı tədbirdə əmək haqqından hesablanan icbari ödənişləri məsələsinə toxunub. Sahib Babayev bildirib ki, işəgötürən tərəfindən hesablanan bəzi icbari ödənişlərin artırılmasına ehtiyac var: “İşçinin əmək haqqısı ilə bağlı məcburi dövlət sosial ayırmaları, işsizlikdən sığorta və icbari sığorta, həmçinin dövlət və neft-qaz sektorunda gəlri vergisi ödənişləri mövcuddur. Bəzən müzakirə edirik ki, icbari ödənişlərin məbləği aşağı salınsın. Dövlət neft-sektoru istisna olmaqla özəl sektoru üçün icbari ödənişlərinin içərisində ən böyük xüsusi çəkisinə malik olan gəlir vergisindən 7 il müddətinə güzəşt verib. Dövlətin bu cür yanaşması bəlkə də, bu sahədə dünyada nadir hallardan biri hesab etmək olar.  Dövlət sosial sığorta məbləğinin azadılması üzrə güzəşt edə bilməz, çünki işçi pensiya yaşına çatanda bəlli şərtlərlə həmin vəsaiti geri ala biləcək. Əmək haqqından hesablanan işsizlikdən sığorta məbləği kifayət qədər aşağı rəqəmdir. Əmək haqqı məbləğindən hesablana cəmi 1 faiz işsizlikdən sığorta məbləği hesablanır. Aktiv məşğulluq tədbirləri və işsizlikdən sığorta məbləğinin ödənilməsi üçün həmin icbari ödənişin artırılmasına ehtiyac var. İcbari tibbi sığorta məbləği də kifayət qədər aşağı rəqəmdir, keyfiyyətli tibbi sığortanın təmin olunması üçün daha böyük rəqəmin olması lazımdır. Azərbaycanda əmək haqqıya tətbiq edilən icbari ödənişlərin cəmi məbləği əksər inkişaf etmiş ölkələrdən iki dəfə azdır. Bu seqmentdə optimal bir hədd tapmışıq, amma dövlət tərəfindən gəlir vergisi üzrə güzəşti ömürlük tətbiq edilə bilməz.  Həmin güzəştin ləğv olunması da işəgötürən üçün əlavə yükün yaranmasına səbəb olacaq.”

Satışda olan YENİ nəşrlərimiz:

 

0 Komment

    Şərh yazın

    Xəbərlər