RƏSMİ! Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edildi

RƏSMİ! Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edildi

Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib. Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Həmin fərmana əsasən, Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb. Prezidentin fərmanını Sizə təqdim edirik:

 “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 540; 2013, № 12, maddə 1552; 2014, № 1, maddə 14; 2015, № 6, maddə 699; 2016, № 9, maddə 1487, № 10, maddə 1626; 2017, № 12 (I kitab), maddə 2333; 2018, № 7 (I kitab), maddə 1487; 2019, № 6, maddə 1031; 2020, № 2, maddə 97, № 6, maddə 702; 2022, № 7, maddə 742; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 avqust tarixli 1811 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə" üzrə:

1.1.1. 5.1-ci bənddən “, həmçinin Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi” sözləri çıxarılsın;

1.1.2. 5.8-ci bənddən “, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədrindən” sözləri çıxarılsın;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu”na aşağıdakı məzmunda 2.1.1-1-ci yarımbənd əlavə edilsin:

“2.1.1-1. Naxçıvan Baş Gömrük İdarəsi;”.

2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Komitənin strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 noyabr 2022-ci il

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

 
 
 

1 Komment

  1. fuad 29 Noyabr 2022

    elave izaha ehtiyac var.

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər