- 0 Komment
- 18 Oktyabr 2022
RƏSMİ! 2022-ci il 7 noyabr iş günü ilə 5 noyabr istirahət gününün yerləri dəyişdirildi
MKS.az-ın proqnozu rəsmi olaraq təsdiqləndi
Bir neçə gün öncə Nazirlər Kabinetinin iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 noyabr iş günü ilə 5 noyabr istirahət gününün yerləri dəyişdirilməsi haqqında qərar verəciyini qeyd etmişdik.
Bu gün Nazirlər Kabinetinin 396 saylı qərarı ilə İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 noyabr iş günü ilə 5 noyabr istirahət gününün yerləri dəyişdirilib. Beləliklə, ardıcıl olaraq 4 gün - 6, 7,8 və 9 noyabr tarixlərində qeyri-iş günü olacaq. Qeyd edək ki, Azərbaycanda 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Bayraq Günü kimi qeyd olunur.
0 Komment
Şərh yazın