Radil Fətullayevin təqdimatında: İşçinin öncəki illər üzrə məzuniyyətdən istifadə zamanı icbari ödənişlərin hesablanması

Radil Fətullayevin təqdimatında: İşçinin öncəki illər üzrə məzuniyyətdən istifadə zamanı icbari ödənişlərin hesablanması

İşçi müxtəlif səbəblərə görə bəzən qanunla müəyyən olunmuş məzuniyyət müddətindən tam istifadə edə bilmir. Bu zaman məzuniyyət üçün ödənişin hansı əsaslarla aparılmasına dair suallar ortaya çıxır. Suallara iqtisadçı ekspert Radil Fətullayev aydınlıq gətirir.

Əmək Məcəlləsinin 110-cu maddəsinə əsasən, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.

Bununla belə, təcrübədə elə hallar olur ki, işçi 2 il məzuniyyətə çıxmır. Onda sual yaranır: iki ilin istifadə edilməmiş məzuniyyəti növbəti ilin məzuniyyətinə birləşdirilə bilərmi? Bu halda ödənişlər, vergilər, sosial ödənişlər necə hesablanıb ödənilir?

Bu halda işçi ərizə ilə işəgötürənə müraciət edərək əvvəlki illərin məzuniyyətini birlikdə götürə bilər. Bu zaman məzuniyyət haqqı Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Qanuna uyğun olaraq aylıq şəkildə ona ödənilən məzuniyyət haqqına görə hesablanır. Bu zaman əlavə 2 aylıq məbləğ hesablanır.

İşçinin dövlət və ya qeyri-dövlət, neft-qaz sektorlarına aid olub-olmasından, vəzifəsindən asılı olaraq qanunvericiliyə uyğun şəkildə hesablama və ödənişlər aparılmalıdır.
Əgər işçi kommersiya müəssisəsində çalışırsa, əldə etdiyi gəlirlərin 8000 manatadək olan hissəsindən gəlir vergisi tutulmur. Məcburi sosial sığorta ödənişinin məbləği isə ümumi məbləğin 200 manatadək olan hissəsindən 3 faiz, 200 manatdan artıq olan hissəsindən 10 faiz məbləğində tutulur. İşəgötürən isə 200 manatdək olan hissədən 22 faiz, ondan yuxarı olan hissəsindən isə 15 faiz məbləğində sosial sığorta haqqı ödəməlidir.

Misal: Tutaq ki, aylıq əməkhaqqı 500 manat olan işçi 1 yanvar 2016-cı ildə işə qəbul olunub və 2 il məzuniyyət hüququndan istifadə etməyib. Növbəti 2018-2019-cu illər üzrə məzuniyyətə gedib və məzuniyyət müddəti 30 gün olub.

İşçinin tam aylıq maaşı 30,4-ə bölünərək bir təqvim günü üçün hesablanan məzuniyyət haqqı müəyyənləşdirilir:

500:30,4 = 16,45 manat

Sonra həmin məbləği məzuniyyət günlərinin sayına vurub üzərinə istifadə edilməyən məzuniyyət günlərinin sayı əlavə edilir.

Beləliklə, ümumi məzuniyyət üçün ödənilən məbləğ 1480,5 (16,45x90) manatdır. Həmin məbləğ gəlir vergisindən azaddır. Müəssisənin hesabına sosial sığorta haqqı 236,06 manat, işçinin hesabına 134,04 manat, işsizlik sigortası isə həm işəgötürənin, həm də işçinin hesabına 7,4 manat təşkil edir.

 

Fərqanə ALLAHVERDİQIZI

Vergiler.az

 

2021-ci ilin iyun ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər