Hesablama Palatasının sədri: “Əməyin ödənilməsi sisteminə yanaşma dəyişməlidir”
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov büdcə layihəsi ilə bağlı təkliflərini açıqlayıb. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov büdcə təşkilatlarında çalışan əməkdaşların əməyinin ödənilməsi sisteminə də fərqli yanaşma tətbiq olunmasının tərəfdarı olduğunu bildirib: " Bu istiqamətdə qeyd etmək istədiyimiz digər bir məsələ büdcə təşkilatlarında çalışan əməkdaşların əməyinin ödənilməsi sisteminə yanaşmaya yenidən baxılması zərurətidir. Belə ki, xüsusilə müxtəlif dövlət orqanlarında eyni vəzifəni yerinə yetirən əməkdaşların əməyinin ödənilməsində fərqliliklər mövcuddur. Eyni kateqoriyada çalışanların əməyinin ödənilməsində olan bu fərqlilik qurumun daxilolmalarının formalaşdığı mənbələr, tətbiq edilən müxtəlif differensiasiya əmsalları və bu kimi digər faktorlar hesabına formalaşır."
“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya