Əmək Məcəlləsinə edilən dəyişikliklərin layihə forması
Milli Məclisə təqdim edilən Əmək Məcəlləsində dəyişikliyin layihə forması açıqlanıb. Təklif edilən dəyişikliyə əsasən, Zəfər Günü (noyabrın 8-i) Əmək Məcəlləsinin 105-ci maddəsindəki bayram günlərinə əlavə edilib.
Bundan əlavə, Əmək Məcəlləsinin 105-ci maddənin ikinci hissəsinə qeyd edilən iş günü hesab edilməyən bayram günləri siyahısına "Zəfər günü" sözləri də əlavə ediləcək. Dəyişiklik təsdiq olunduqdan sonra 105-ci maddəsinin 2-ci hissəsi aşağıdakı kimi olacaq:
Maddə 105. Bayram günləri
...
2. Yeni il bayramı, Qadınlar günü, Faşizm üzərində qələbə günü, Respublika günü, Azərbaycan xalqının milli qurtuluş günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, Zəfər Günü, Azərbaycan Respublikasının Dövlət bayrağı günü, Dünya azərbaycanlılarının həmrəyliyi günü, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı günləri iş günü hesab edilmir.
Anım günü ilə bağlı dəyişikliyə gəlincə isə, Əmək Məcəlləsinə 106-1-ci maddə əlavə ediləcək:
Maddə 106-1. Azərbaycan Respublikasında Anım Günü
Hər il sentyabrın 27-si - Azərbaycanın Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü -Azərbaycan Respublikasında Anım Günüdür.
Maddədən göründüyü kimi, Anım gününün iş günü hesab edilməməsi ilə bağlı Əmək Məcəlləsinə hər hansı dəyişiklik təklif edilməyib.
Layihə forması
"Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Əmək Məcəlləsində aşağıdakı dəyişikliklər edilsin:
1. 105-ci maddə üzrə:
1.1. 1-ci hissənin doqquzuncu - on beşinci abzasları müvafiq olaraq onuncu - on altıncı abzaslar hesab edilsin və həmin hissəyə aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilsin:
"Zəfər Günü (noyabrın 8-i);";
1.2. 2-ci hissəyə "Silahlı Qüvvələri günü," sözlərindən sonrasözləri əlavə edilsin.
2. Aşağıdakı məzmunda 106-1-ci maddə əlavə edilsin:
"Maddə 106-1. Azərbaycan Respublikasında Anım Günü
Hər il sentyabrın 27-si - Azərbaycanın Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü -Azərbaycan Respublikasında Anım Günüdür.".
Azərbaycan Respublikasının Prezidenti"
“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq, Poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın