Əmək Məcəlləsinə edilən dəyişikliklərin layihə forması

Əmək Məcəlləsinə edilən dəyişikliklərin layihə forması

Milli Məclisə təqdim edilən Əmək Məcəlləsində dəyişikliyin layihə forması açıqlanıb.  Təklif edilən dəyişikliyə əsasən,  Zəfər Günü (noyabrın 8-i) Əmək Məcəlləsinin 105-ci maddəsindəki bayram günlərinə əlavə edilib.

Bundan əlavə, Əmək Məcəlləsinin 105-ci maddənin ikinci hissəsinə qeyd edilən iş günü hesab edilməyən bayram günləri siyahısına "Zəfər günü" sözləri də əlavə ediləcək.  Dəyişiklik təsdiq olunduqdan sonra 105-ci maddəsinin 2-ci hissəsi aşağıdakı kimi olacaq:

Maddə 105. Bayram günləri

...

2. Yeni il bayramı, Qadınlar günü, Faşizm üzərində qələbə günü, Respublika günü, Azərbaycan xalqının milli qurtuluş günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, Zəfər Günü, Azərbaycan Respublikasının Dövlət bayrağı günü, Dünya azərbaycanlılarının həmrəyliyi günü, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı günləri iş günü hesab edilmir.

Anım günü ilə bağlı dəyişikliyə gəlincə isə, Əmək Məcəlləsinə 106-1-ci maddə əlavə ediləcək:

Maddə 106-1. Azərbaycan Respublikasında Anım Günü
Hər il sentyabrın 27-si - Azərbaycanın Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü -Azərbaycan Respublikasında Anım Günüdür.

Maddədən göründüyü kimi, Anım gününün iş günü hesab edilməməsi ilə bağlı Əmək Məcəlləsinə hər hansı dəyişiklik təklif edilməyib.

Layihə forması

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Əmək Məcəlləsində  aşağıdakı dəyişikliklər edilsin:
1. 105-ci maddə üzrə:
1.1. 1-ci hissənin doqquzuncu - on beşinci abzasları müvafiq olaraq onuncu - on altıncı abzaslar hesab edilsin və həmin hissəyə aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilsin:
"Zəfər Günü (noyabrın 8-i);";
1.2. 2-ci hissəyə "Silahlı Qüvvələri günü," sözlərindən sonrasözləri əlavə edilsin.
2. Aşağıdakı məzmunda 106-1-ci maddə əlavə edilsin:
"Maddə 106-1. Azərbaycan Respublikasında Anım Günü
Hər il sentyabrın 27-si - Azərbaycanın Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü -Azərbaycan Respublikasında Anım Günüdür.".

Azərbaycan Respublikasının Prezidenti"

“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər