Yol polisindən ezamiyyə vərəqəsi ilə YENİ MÜRACİƏT

Yol polisindən ezamiyyə vərəqəsi ilə YENİ MÜRACİƏT

DİN Baş DYP İdarəsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlərin 2020-ci il  sentyabrın 8-i saat 00:00-dan aradan qaldırılması ilə bağlı hərəkət iştirakçılarına müraciət ünvanlayıb: 

"Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə sanitar-epidemioloji vəziyyətə uyğun olaraq şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlərin 2020-ci il  sentyabrın 8-i saat 00:00-dan aradan qaldırılması barədə məlumatı nəzərə alınaraq, DİN Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarından müvafiq ezamiyyə sənədləri olmadan və ya “icaze.e-gov.az” portalına bu haqda məlumatlar daxil edilmədən respublikanın digər şəhər və rayonlarına, eləcə də əks istiqamətdə getməyə cəhd edilməməsini və qeyd olunan vaxtadək təmkin göstərərək mövcud qaydalara ciddi riayət olunmasını xahiş edir".

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər