HR və Mühasiblər üçün ŞAD XƏBƏR: icaze.e-gov.az-dan EZAMİYYƏLƏRə ehtiyac olmayacaq
Nazirlər Kabineti yanında Operativ Qərargah məlumatına əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılır (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla). Qeyd edək ki, qərar sentyabrın 8-dən qüvvəyə minir.
Xatirladaq ki, Nazirlər Kabinetinin 4 avqust 2020-ci il tarixli, 278 saylı qərara əsasən, özəl qurumlar və bəzi dövlət qurumları işçilərin Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisinə xidməti zərurətlə əlaqədar giriş-çıxış zamanı işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edilən ezamiyyə vərəqələri daxil edilməlidir. Son dəyişiklikdən sonra, işəgötürən tərəfindən ezamiyyə vərəqəsinin gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edilən ezamiyyə vərəqələri daxil edilməsinə ehtiyac yaranmır.
Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın