Lizinq müqaviləsinin obyekti mütləq lizinq alanın mülkiyyətinə keçməlidir?
Hal-hazırda satışda olan "Vergi uçotu:A-dan Z-yə" (II nəşr) kitabının "Maliyyə Lizinqi" bölməsindən seçmə
Qeyd etdiyimiz kimi, əksər hallarda lizinq alan lizinq müqaviləsinin şərtlərinə uyğun olaraq obyektini lizinq verəndən alaraq mülkiyyətinə keçirməli və ya hər hansı ödəniş məbləği müqabilində almaq hüququna malik olmalıdır. Amma təcrübədə o halda mümkündür ki, lizinq alan müqavilənin şərtlərinə tam əməl etsə də, yekunda əsas vəsaitin mülkiyyətinə keçməsini istəmir.
Misal. Vergi ödəyicisi istehsal prosesindeə istifadə etmək üçün 10 illik müddətə avandanlığı lizinq müqaviləsi ilə istismara cəlb edir. Həmin avandanlığın istifadə müddəti 10 il olduğu üçün, lizinq alan həmin avandanlığın onun mülkiyyətinə keçməsinə razı olmur. Çünki lizinq alan müqavilə müddəti başa çatdıqdan sonra həmin avandanlığdan istifadə etməyi planlaşdırmır. O səbəbdən vergi ödəyicisi mülkiyyətinə keçən avadalığın ləğvi (daşınması və s.) ilə bağlı xərcləri qarşılamaq niyyətində deyil. Bu cür hallarda lizinq alan lizinq müqaviləsində qeyd etdirir ki, lizinq verən müqavilə müddəti başa çatdıqdan sonra əsas vəsaiti geri götürəcək.
Misalı qeyd etməkdə məqsədimiz odur ki, oxucularımızda fikir formalaşmasın ki, lizinq müqaviləsində mütləq lizinq obyektinin lizinq alanın mülkiyyətinə keçməsi haqqında şərt olmalıdır.
Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı satışda
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın