RƏSMİ! 50 faizlik limitin tətbiqi nəticəsində ... 34 661 nəfərin iş icazəsi ləğv edildi
İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin 25 iyun 2020-ci il tarixli qərarı ilə bəzi fəaliyyət sahələrində sərtləşdirilmiş karantin rejimi günlərində işə çıxan əməkdaşların sayına məhdudiyyətlər tətbiq edilib.
Dövlət qurumu həmin fəaliyyət sahələri, orada çalışan vergi ödəyiciləri, onların işçi sayı və tətbiq edilən məhdudiyyətlərlə bağlı məlumatları açıqlayıb. Cədvəldən göründüyü kimi, 24 520 vergi ödəyicisi bu kateqoriyaya uyğun gəlsə də, aktiv vergi ödəyicilərinin sayı 7300 olub. Həmin aktiv vergi ödəyicilərinin 69 322 işçisi olub ki, bu da orta hesabla hər vergi ödəyicisinə təxminən 10 işçi olmasını göstərir. Nazirlət Kabinetinin qərarına uyğun olaraq 34661 nəfərin (69 322 nəfər x 50 faiz) iş icazəsi ləğv olunub.
Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda -02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı
ARTIQ SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın