Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov məcburi auditdən keçmənin vəziyyətinin aşağı səviyyədə olmasını bildirib: "Son günlərdə kütləvi informasiya vasitələrində dərc edilmiş məcburi audit subyektlərinin auditdən keçməsi ilə əlaqədar istər Maliyyə Nazirliyinin internet saytındakı müraciətində, istərsə də iqtisadi ekspertlərin bu məsələ ilə əlaqədar təhlili bir daha sübut edir ki, ölkə qanunvericiliyinə görə öz maliyyə hesabatlarını müstəqil auditor rəyi ilə birlikdə dərc etdirməli olan, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda məcburi auditdən keçməli olan təsərrüfat subyektləri bir çox hallarda qanuna əməl etmirlər. Bunun da nəticəsində auditdən keçmənin vəziyyəti aşağı səviyyədə qalmaqda davam edir."
Səbuhi Gülməmmədov 2019-cu ildə məcburi auditdən keçən təsərrüfat subyektləri haqqında məlumat verib: "Aparılan araşdırmalar göstərir ki, 2019-cu ilin nəticəsinə görə, ölkə üzrə 46 min 282 məcburi audit subyektlərindən 3745 təsərrüfat subyekti məcburi auditdən keçib ki, bu da 8,09 faiz təşkil edir. Məhdud məsuliyyətli cəmiyyətlər və səhmdar cəmiyyətlər üzrə hesabatların hazırlanması və təqdim etməsi üzrə dolğun və tam statistika mövcud olmadığı kimi, həmin hesabatların kənar auditor tərəfindən təsdiq edilməsi səviyyəsi də çox aşağıdır. Məsələn, 2019-cu il üzrə səhmdar cəmiyyətlərin məcburi auditdən keçmə səviyyəsi 47,8 faiz, məhdud məsuliyyətlərin isə daha az, yəni 3,9 faiz təşkil edib. Halbuki inkişaf etmiş ölkələrdə hesabatların gec təqdim edilməsinə görə şirkətlər üçün ciddi cərimə məbləğləri nəzərdə tutulub. Beynəlxalq praktikadan fərqli olaraq ölkəmizdə bir sıra hüquqi şəxslərin, o cümlədən məhdud məsuliyyətli cəmiyyətlərin öz illik maliyyə hesabatlarının təsisçidən başqa hər hansı bir orqana təqdim edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. İctimai əhəmiyyətli qurumların, bankların, sığorta təşkilatlarının, səhmdar cəmiyyətlərin və digər hüquqi şəxslərin maliyyə hesabatları isə ayrı-ayrı tənzimləyici qurumlarda toplanılır. Bu isə Azərbaycanda hüquqi şəxslərin maliyyə hesabatlarının toplanması, ümumiləşdirilməsi, təhlili və açıqlanması sahəsində müəyyən problemlərin mövcudluğuna gətirib çıxarır. Yeri gəlmişkən, bu günlərdə fəaliyyəti geniş müzakirə obyektinə çevrilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) üzə çıxarılmış maliyyə pozuntularının mövcudluğunda müəyyən mənada fondun qanunvericiliyin tələblərinə baxmayaraq (Qanun bütün fondların məcburi auditdən keçməsini tələb edir) öz fəaliyyəti dövründə bir dəfə də olsun auditor yoxlamasından keçməməsini öz maliyyə fəaliyyətinin nəticələrinin ictimailəşmədən yayınmasıdır."
Mənbə: Vergiler.az
Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda -02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu
“Vergi uçotu: A-dan Z-yə” kitabı ARTIQ SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın