Müstəqil vergi ekspertləri Baş Nazirə müraciət etdi

Müstəqil vergi ekspertləri Baş Nazirə müraciət etdi

 

Tanınmış iki vergi mütəxəssisi Sirac Piriyev və Vəli Əliyev Azərbaycan Respublikasının Baş Nazirə pandemiyanının iqtisadi və hüquqi təsirləri barədə müraciət hazırlayıblar. Həmin müraciəti diqqətinizə çatdırırıq:

“Azərbaycan Respublikasının Baş Naziri,
Nazirlər Kabineti yanında Operativ Qərargahın sədri
cənab Əli Əsədova


Hörmətli Əli müəllim!
Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında yaradılmış qərargah tərəfindən görülən tədbirlər və qəbul edilən qərarlar ölkə vətəndaşlarının sağlamlığı üçün önəmli, eyni zamanda da zəruridir. Lakin bəzən qəbul edilmiş qərarlar reallığı əks etdirmir. Bu səbəbdən bəzi məqamları diqqətinizə çatdırmaq istərdik.
Yay mövsümünün gəlməsi ilə əlaqədar Qərargah tərəfindən iaşə obyektlərinin fəaliyyətinə icazə verilməsi hesab edirik ki, düzgün addım deyildi. Tətbiq edilən məhdudiyyətlər nəticəsində bu sektorun qarşılaşdığı maddi itkilər böyük olsa da, karantin dövründə həmin iaşə obyektlərinin qapalı məkanlarda fəaqliyyətə başlaması yalnız epidemiyanın böyüməsinə xidmət edir ki, bu da hər bir vətəndaşın həyatına təhlükədir.

1.Təklif edirik ki, qapalı məkanlarda ictimai iaşə fəaliyyəti göstərən şəxslərə maliyyə yardımı edilməklə fəaliyyətləri tam məhdudlaşdırılsın.


Ölkə ərazisində Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış məhdudlaşdırılıb. Lakin Lənkəran şəhəri istisna olmaqla bu şəhərlərdə Ali Məhkəmə, İnibati Məhkəmələr və Apellyasiya Məhkəmələri fəaliyyət göstərir. Məhkəmə mübahisəsi olan və digər şəhər və rayonlarda qeydiyyatda olan fiziki şəxslər və hüquqi şəxslərin nümayəndələri məhkəmələrin icraatında olan işlərdə iştirak etmək üçün yaşadıqları şəhəri tərk etməli və girişinə məhdudiyyət qoyulmuş Bakı, Sumqayıt və Gəncə şəhərlərinə gəlməlidirlər ki, bu şəxslərin həmin şəhərlərin girişində yerləşdirilmiş postlardan şəhərə daxil olması mümkünsüzdür. Hətta daxil olsalar belə epidemiyanın yayılması vətəndaşların sağlamlığının təhlükəsizliyi baxımından arzuolunan deyil.


2.Təklif edirik ki, Bakı, Sumqayıt və Gəncədə qeydiyyatda olan hüquqi və fiziki şəxslərin iddiaçı, cavabdeh və 3-cü şəxs qismində çəlb edildikləri işlərdən başqa bütün məhkəmə işləri üzrə məhkəmə iclaslarının keçirilməsi təxirə salınsın.

Karantin dövrü olmasına baxmayaraq, müxtəlif dövlət qürumlarının və sahibkarlıq subyektlərinın fəaliyyət göstərməsi zəruridir. O cümlədən karantin dövründə vergi orqanları öz nəzarət funksiyalarını da həyata keçirməlidirlər. Bu funksiyalar həyata keçirildikdə sahibkarlıq subyektləri tərəfindən həmin nəzarət tədbirləri ilə əlaqədar qanunvericilikdə müəyyən edilən addımlar atılmalıdır ki, son nəticədə vergi orqanları həmin sahibkarlıq subyektlərinin nümayəndələrinin iştirakı ilə inzibati icraat apararaq inzibati akt qəbul etməlidirlər. Daha sonra həmin inzibati aktdan şikayət verildikdə sahibkarlıq subyektlərinin nümayəndələrinin iştirakı ilə şikayət instansiyasında inzibati araşdırma aparılmalıdır. Bütün bunlar dövlət orqanlarında vətəndaş qəbulunu həyata keçirməklə reallaşır və hazırda karantin rejimi ilə əlaqədar dövlət orqanları vətəndaşları qəbul etmir. Tibbi nöqteyi nəzərdən profilaktik tədbir olaraq düzgün addımdır. Lakin pandemiya dövründə həmin sahibkarlıq subyektlərinin maliyyə vəziyyəti ürəkaçan olmadığından, əlavə olaraq vergi nəzarəti tədbirləri zamanı həmin sahibkarlıq subyektlərinə müxtəlif inzibati tədbirlər tətbiq olunur və bank hesablarına vergi orqanı tərəfindən sərancam qoyularaq bank hesabları dondurulur. Lakin dövlət orqanları vətəndaş qəbulunu həyata keçirmədiyindən inzibati icraat aparılmır məhdudiyyətlər uzun müddət davam edir.

3.Təklif edirik ki, vergi orqanının qərarından verilmiş şikayətlər üzrə inzibati icraat aparılmadığı (vətəndaş qəbulu həyata keçirilmədiyi) üçün həmin şikayətləri verən hüquqi və fiziki şəxslərin bank hesablarına qoyulmuş sərancamlar karantin rejiminin sonunadək geri götürülsün.


Məlum olduğu kimi karantin dövründə fəaliyyəti məhdudlaşdırılmış fərdi sahibkarlara və hüquqi şəxslərə dövlət tərəfindən maliyyə dəstəyi göstərilmişdir. Həmin yardımı alan və sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən (əvəzsiz dövlət köçürmələri) vergidən azaddır. Lakin fəaliyyəti məhdudlaşdırılmış və maliyyə yardımı alan hüquqi şəxslərın aldıqları yardımın vergidən azad olunması üçün maddi hüquq norması mövcud deyil.

4.Təklif edirik ki, Vergi Məcəlləsinin 106-cı maddəsinə hüquqi şəxslərin aldıqları maddi yardımın vergidən azad olunmasını nəzərdə tutan əlavələr edilsin.


Ümidvarıq ki, göstərilən məsələlər tərəfinizdən diqqətə alınacaq və aidiyyatı üzrə müvafiq tapşırıqlar veriləcəkdir. Öncədən təşəkkürümüzü bildiririk.

Vergi mütəxəssisləri

Vəli Əliyev _____

Sirac Piriyev _____


Tarix: 7 iyun 2020-ci il.”

 

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda -02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı yaxın günlərdə satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər