Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsi Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsi adlandırılıb.
Nazirlikdən verilən məlumata görə, fondun yerli orqanlarının fəaliyyətinin optimallaşdırılması, habelə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələrində uçotda olan sığortaedən və sığortaolunanların həmin idarədə uçotunun mərkəzləşdirilməsi işlərinə başlanılıb.
Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə yerli qurumlarında uçotda olan bütün sığortaedənlərin və sığortaolunanların uçotunun mərkəzləşdirilməsi artıq başa çatıb.
Fondun ölkənin digər şəhər və rayon şöbələri üzrə uçotda olan sığortaedən və sığortaolunanların uçotunun mərkəzləşdirilməsi isə bir ay ərzində həyata keçiriləcək.
Nazirlik bunu nəzərə alaraq, uçotun mərkəzləşdirilməsi ilə əlaqədar Bakı şəhəri üzrə sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının düzgün ödənilməsi üçün idarənin bank rekvizitləri barədə məlumatları vətəndaşların nəzərinə çatdırır:
Məcburi dövlət sosial sığorta haqqı üzrə
B1.Benefisiar(alan) bank
Adı:Dövlət Xəzinədarlıq Agentliyi
Kodu:210005
VÖEN:1401555071
M/H:AZ41NABZ01360100000000003944
S.W.İ.F.T.BİK CTREAZ22
B2.Alan müştəri /Beneficiary
Adı: DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsi
H/H №: AZ89CTRE00000000000007018506
VÖEN:1300115511
Büdcə səviyyəsi kodu - 4
Təsnifat kodu: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2018-ci il tarixli, 440 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”na əsasən fəaliyyət sahənizə uyğun təsnifat kodu
seçilməlidir.
İşsizlikdən sığorta haqqı üzrə
B1. Benefisiar(alan) bank
Adı: Dövlət Xəzinədarlıq Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T.BİK CTREAZ22
B2.Alan müştəri /Beneficiary
Adı: DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsi
H/H №: AZ53CTRE00000000000007018572
VÖEN:1300115511
Büdcə səviyyəsi kodu - 4
Təsnifat kodu: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2018-ci il
tarixli, 440 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
büdcə gəlirlərinin təsnifatı”na əsasən fəaliyyət sahənizə uyğun təsnifat kodu
seçilməlidir.
İşsizlikdən sığortanın Xüsusi hesabı
(Penya, cərimə və maliyyə sanksiyaları üçün)
B1. Benefisiar(alan) bank
Adı: Dövlət Xəzinədarlıq Agentliyi
Kodu:210005
VÖEN:1401555071
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T.BİK CTREAZ22
B2. Alan müştəri /Beneficiary
Adı: DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsi
H/H №: AZ26CTRE00000000000007018573
VÖEN: 1300115511
Büdcə səviyyəsi kodu - 4
Təsnifat kodu: Nazirlər Kabinetinin 11 oktyabr 2018-ci il tarixli, 440 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”na əsasən fəaliyyət sahənizə uyğun təsnifat kodu seçilməlidir.
Məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərlə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar sığortaedən və sığortaolunanların əlavə sualları olduğu təqdirdə Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsi ilə əlaqə saxlaya bilərlər.
Telefon: (012) 562-20-11, 562-33-59, 562-10-86, 562-10-79, 562-34-81
e-mail:[email protected]
Ünvan: Bakı şəhəri, Ziya Bünyadov pr.1965-ci məhəllə. AZ1075
“Çinar park Biznes mərkəzi”, bina 6, giriş 2, mərtəbə 4.
Mənbə: Report.az
Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 15 may 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı yaxın günlərdə satışda
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
3 Komment
Kənan 15 May 2020
Əvvəlki rekvizitlərlə indiki araasında yalnız benefisiar adı dəyişib elə mi ?
Zabil 01 İyun 2020
Salam. Yeni rekvizitlər ilə köhnə rekvizitlerfə əsas fəq nədir?
Hüseynov İbrahim 23 Avqust 2021
Salam. Yazıb sizə bildirmək istəyirəm ki, mən Hüseynov İbrahim Rasim oğlu, son iş yerimdən əmək məcəlləsinin 70-ci maddəsi ilə azad olunduqdan bir müddət sonra, 07.07.2021- cil tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt şəhər şöbəsinə müraciət etmişəm. Nəticə olaraq işsiz kimi qeydiyyata alınmışam. Məsələ sosial müavinata çatdıqda son iş yerimdən (Gilan Tekstil Park MMC) kapitalın düzgün hesablanmaması və bölünməməsi səbəbindən mənə müavinatın minimal məbləğdə hesablandığını deyiblər. Son iş yerimə müraciət edərək məsələyə baxılması üçün müraciət etmişəm. Mühasibatlıqdan problemin Fərdi Uçot idarəsindən yararlandığı söylənilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt şəhəri bölməsindən sistemdə yenilənmənin rüb üzrə getmədiyindən, yenilənməni görə bilmədiklərindən ancaq gözləmək lazım olduğunu söyləyiblər. Yəni məsələyə soyuq yanaşıldığından, xahiş edirəm mənə məsələnin həllində köməklik göstərəsiniz.
Şərh yazın