Prezident aprel ayından etibarən əmək haqqından tutulacaq icbari ödənişi təxirə saldı

Prezident aprel ayından etibarən əmək haqqından tutulacaq icbari ödənişi təxirə saldı

Xəbər verdiyimiz kimi, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 15-10.1.2-cü maddəsinə əsasən, muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə – sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz həcmində tibbi sığorta üzrə sığorta haqları hesablamalıdır. Həmin Qanunun 16-4.4-cü maddəsinə əsasən,  işəgötürən əmək haqqı üzrə tibbi sığorta üzrə sığorta haqları hesablamaları 2020-ci il aprelin 1-dən etibarən həyata keçirməli idi.

Azərbaycan Respublikasının Prezidentinin 30 mart 2020-ci il tarixli “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən, həmin müddət 1 yanvar 2021-ci il tarixinə qədər təxirə salınır. Bundan əlavə, fərdi sahibkarların hesablama olduğu tibbi sığorta üzrə sığorta haqları təxirə salınıb.

Məlumat üçün   “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu da təqdim edirik:

--------------------------------------------------------------------------------------------------------

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 4; 2001, № 3, maddə 141; 2007, № 12, maddə 1212; 2008, № 11, maddə 960; 2014, № 4, maddə 331; 2015, № 4, maddə 352; 2016, № 3, maddə 419; 2018, № 4, maddə 651; 2019, № 1, maddələr 36, 47, № 12, maddə 1904) 16-4-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 16-4.1-ci maddədə “2020” rəqəmi “2021” rəqəmi ilə əvəz edilsin.

2. 16-4.3-cü maddənin birinci cümləsində “2021” rəqəmi “2022” rəqəmi ilə əvəz edilsin.

3. 16-4.4-cü maddədə “2020-ci il aprelin 1-dən” sözləri “2021-ci il yanvarın 1-dən” sözləri ilə əvəz edilsin.

4. 16-4.5-ci maddədə “2023” rəqəmi “2024” rəqəmi ilə əvəz edilsin.

 İlham Əliyev

Bakı şəhəri, 30 mart 2020-ci il.

--------------------------------------------------------------------------------------------------------

"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər