Dövlət qurumu işçilərini bir aylıq əmək haqqı saxlanılmaqla məzuniyyətə göndərib

Dövlət qurumu işçilərini bir aylıq əmək haqqı saxlanılmaqla məzuniyyətə göndərib

Azərbaycan Milli Elmlər Akademiyasının  (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev bu qurumun əməkdaşlarının əmək haqqı saxlanılmaqla məzuniyyətə göndərilməsi haqqında sərəncam imzalayıb.  Sərəncamda AMEA Rəyasət Heyətinin üzvlərinə, Rəyasət Heyəti aparatının işçilərinə, eləcə də Akademiyanın elmi müəssisələri və digər təşkilatlarının işçilərinə 2020-ci il mart ayının 29-dan bir ay müddətinə əməkhaqqı saxlanılmaqla məzuniyyət verilməsi nəzərdə tutulub.

AMEA-nın fasiləsiz iş rejimində fəaliyyət göstərən bəzi müəssisə, təşkilat və xidmətlərində təxirə salınması mümkün olmayan işlərin xüsusi əmək rejiminin qaydalarına riayət edilməklə yerinə yetirilməsi tövsiyə olunub.

Xatırladaq ki, Azərbaycanda yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və vətəndaşların özlərini daha ciddi qorumasına şəraitin yaradılması məqsədilə AR Nazirlər Kabineti yanında Operativ Qərargahın 20 mart 2020-ci il tarixində keçirdiyi müşavirədə bəzi dövlət qurumlarının, o cümlədən AMEA əməkdaşlarının 2020-ci il martın 29-dan bir ay müddətinə əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi haqqında qərar qəbul olunub.

Bundan əlavə, Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli qərarı ilə xüsusi əmək rejimi olaraq 5 günlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart – 3 aprel tarixləri qeyri-iş günləri kimi müəyyənləşdirilib.

Mənbə: modern.az

"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər