Hansı təşkilatlar üçün martın 29-u və ya 06 aprel 2020-ci il tarixi ilk iş günü hesab ediləcək? (SİYAHI)
Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə qərar verib. Qərara əsasən, bəzi təşkilatlar üçün ilk iş günü 29 mart yox 06 aprel 2020-ci il müəyyən edilib. Qeyd edək ki, qərarda qeyd edilən bəzi sahələr və işəgötürənlər üçün ilk iş günü 29 mart 2020-ci il tarixi hesab edilir.
Qərarla bağlı maraqlı məqamlardan biri odur ki, işə cəlb edilən işçilərə müvafiq təminatlar nəzərdə tutulub. Qərarda qeyd edilib ki, nəzərdə tutulan müddətlərdə müvafiq işlərə cəlb edilən işçilərlə bağlı əməkhaqqı saxlanılmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinin 2-ci hissəsi rəhbər tutulsun. Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər. Yəni qərarda qeyd edilən işçilər 29 mart -04 aprel 2020-ci il tarixlərdində işlədiyi günlər əvəzinə başqa istirahət günü əldə imkanı qazanır.
Daha geniş məlumat üçün qərarı təqdim edirik:
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ Q Ə R A R
Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Sanitariyaepidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilsin.
2. Müəyyən edilsin ki, bu Qərarın 1-ci hissəsi dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərə, həmçinin
banklara,
supermarketlərə,
ərzaq mağazalarına,
əczaçılıq müəssisələrinə,
apteklərə,
yeyinti məhsulları istehsalı müəssisələrinə
və bu Qərarın əlavəsində nəzərdə tutulan dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərinə və zəruri halda onların işə cəlb etdikləri işçilərə şamil edilmir.
3. Bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan müddətlərdə müvafiq işlərə cəlb edilən işçilərlə bağlı əməkhaqqı saxlanılmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinin 2-ci hissəsi rəhbər tutulsun.
Əli Əsədov Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 25 mart 2020-ci il № 113
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 113 nömrəli Qərarına əlavə Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qeyri-iş günlərinin şamil edilmədiyi dövlət orqanları və qurumlarının SİYAHISI
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası;
Azərbaycan Respubikası Nazirlər Kabinetinin Aparatı;
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi;
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB);
dövlət və özəl səhiyyə müəssisələri;
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ( o cümlədən Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri);
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;
Azərbaycan Respublikasının Baş Prokurorluğu;
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti;
Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti;
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi;
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti;
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi;
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
Azərbaycan Respublikasının Təhsil Nazirliyi;
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi;
Azərbaycan Respublikasının Energetika Nazirliyi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi;
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi;
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti;
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi;
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi;
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti;
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi;
Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanları;
Azərbaycan Respublikasının Mərkəzi Bankı;
Azərbaycan Respublikasının Dövlət Neft Fondu;
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi;
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc);
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi;
Azərbaycan Respublikasının Dənizkənarı Bulvar İdarəsi;
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi;
Azərbaycan Respublikasının Hesablama Palatası;
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti;
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti;
“Azəriqaz” İstehsalat Birliyi;
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti;
“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti;
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti;
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR);
“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti;
“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı.
2 Komment
Ruxa 25 Mart 2020
Hansi dövlet orqanlara ve qurumlara şamildir???
Kamal 02 Aprel 2020
qeyd olunan qərarın 3-cü bəndi (əvəzgün verilməsi) müəyyən edilmiş qeyri-iş günlərinin şamil edilmədiyi dövlət orqanları və qurumlarının SİYAHISIna aiddi yə yox? onlara qeyd olunan qünlərin işlədikləri qünlər əvəzgün kimi əlavə verilməlidir ya yox?
Şərh yazın