Mks.az saytından HR-lara müraciət

Mks.az saytından HR-lara müraciət

Hörmətli həmkarlar

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini nəzərə alan Nazirlər Kabineti bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə qərar verib. 14 mart 2020-ci il tarixdən etibarən 1 ay müddətində  kütləvi tədbirlər təxirə salınıb, dövlət qurumlarından, özəl sektordan və vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunub.

Sizə müraciət etməkdə məqsədimiz odur ki, ölkə əhalisinin koronovirusdan mümkün qədər ciddi şəkildə qorunması üçün çalışdığınız müəssisədə işçilərin evdən işləməsi ilə bağlı təşəbbüs göstərəsiniz. Xüsusi olaraq, 60 yaşdan yuxarı işçilərin ödənişli əsaslarla məzuniyyətə göndərilməsi məsələsini rəhbərliyin diqqətinə çatdıracaqsınız. Eyni zamanda, yaxşı olardı ki, müəssisədə çalışması mütləq olan şəxslərin xüsusi geyimlərlə təchiz edilməsi və onların etibarlı nəqliyyatla gediş-gəlişinin təmin olunması ilə bağlı rəhbərlik qarşısında məsələ qaldırasınız.

Ümid edirik ki, çalışdığınız müəssisənin rəhbərliyi işçilərin sağlamlığını biznes gəlirlərindən üstün tutaraq, Sizin bu nəcib təşəbbüsünüzün müsbət cavablandırılmasını təmin edəcək.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər