Təhsil Naziri müəllimlərin qeyri-iş günü ilə bağlı açıqlama
“Nazirlər Kabinetinin qərarına uyğun olaraq bu həftənin şənbə və bazar günü təhsil məktəblərində tədris davamiyyəti təmin ediləcək”. Bunu jurnalistlərə açıqlamasında Təhsil Naziri Ceyhun Bayramov deyib. O xatırladıb ki, Nazirlər Kabineti tərəfindən müvafiq istirahət günlərinin davamlılığını təmin etmək baxımından bu şənbə və bazar günləri iş günü elan edilib.
“Yanvar ayının 6-sı daxil olmaqla tətil günlərinin müddəti elan edilib”, - deyə nazir vurğulayıb.
Qeyd edək ki, Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerlərinin dəyişdirilməsi barədə Qərarı izah edib. İzahda qeyd edilib ki, Qərara əsasən, vətəndaşlar dekabrın 31-i, 2020-ci ilin yanvarın 1, 2, 3, 4, 5 və 6-da istirahət etmək imkanı qazanacaqlar. Dekabrın 28 və 29-u isə iş günləri olacaq.
"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr) artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın