Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 11 yanvar seminarına xüsusi mütəxəssis ayırdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 11 yanvar seminarına xüsusi mütəxəssis ayırdı

Mks.az saytının təşkilatçılığı ilə 11 yanvar 2020-ci ildə keçirilməsi planlaşdırılan ödənişsiz seminarda iştirakla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış müraciətimiz müsbət cavablandırılıb. Seminarda nazirliyi Əmək siyasəti şöbəsinin rəhbərliyi təmsil edəcək.

Mks.az saytının rəhbərliyi kadrlar üzrə mütəxəssislərin və mühasiblərin maarifləndirilməsi işinə verdiyi böyük dəstəyə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə minnətdarlığını bildiririk.
Qeyd edək ki, seminarda nazirliyin mütəxəssisləri ilə yanaşı, mks.az saytının ekspertləri də təlimçi qismində iştirak edəcək.
Seminarın təşkilində məqsəd kadrlar üzrə mütəxəssislərin və mühasiblərin əmək qanunvericiliyində rastlaşdıqları mürəkkəb məsələlərə aydınlıq gətirməkdir.
Seminarda şərh olunacaq mövzular (boş ştat yerinin yaradılması, əmək müqaviləsinə xitamın əsasları, məzuniyyət zamanı əmsallaşdırma, iş vaxtının cəmlənmiş uçotu, müavinət hesablanmasında fərqli gəlirlərin nəzərə alınması və s.) həmkarlarımızın cavab almaq məqsədilə saytımıza ünvanladıqları suallar əsasında müəyyənləşdirlib.
Xatırladırıq ki, mks.az saytı əmək, vergi və mühasibat uçotu ilə bağlı ödənişsiz seminarları mütəmadi təşkil etmək niyyətindədir. Sonuncu belə tədbir 23 noyabr 2019-cu ildə Vergilər Nazirliyinin mütəxəssislərinin iştirakı ilə "2020-ci ilin Vergi Məcəlləsini birlikdə öyrənək" məlumatlandırma sessiyası olub.

 

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

6 Komment

  1. Nuranə 18 Dekabr 2019

    Iştirak etmək istərdim

  2. Tarana Mammadova 18 Dekabr 2019

    seminarda ishtirak etmek isterdim

  3. Zərifə 19 Dekabr 2019

    Salam qeydiyyatdan kecdim iştirak üşün sizdən cavab almadım

  4. Təranə 20 Dekabr 2019

    salam ! Mən bu seminarda iştirak etmək istərdim. Zəhmət olmasa hara müraciət edəcəyim barədə məlumat verərdiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm.

  5. Gulnar 20 Dekabr 2019

    Salam, 11 yanvarda kecirilecek seminarda men de ishtirak etmek isteyirem, xahish edirem mene komek edin, qeydiyyatdan nece kecmeliyem?

  6. Ali 27 Dekabr 2019

    +

Şərh yazın

Xəbərlər