Diqqət!!! Dövlət Gömrük Komitəsi riskli əməliyyatlarla bağlı qaydalar hazırladı (Fayl şəklində)

Diqqət!!! Dövlət Gömrük Komitəsi riskli əməliyyatlarla bağlı qaydalar hazırladı (Fayl şəklində)

Dövlət Gömrük Komitəsi (DGK) «Faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin risk meyarları əsasında müəyyən edilməsi Qaydaları»nı təsdiqləyib. Qaydanın tam mətnini yazının sonundakl faylı yükləməklə əldə edə bilərsiniz. 

Həmin qaydalara əsasən, faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslər aşağıda qeyd olunan risk meyarlarından biri və ya bir neçəsi əsasında müəyyən edilir:

- istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda istehsal etdiyi, ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin təqdim etdiyi mallar üzrə elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə;

-  idxal və ya ixrac əməliyyatları aparan vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan anbarının və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi və mövcud şəraiti idxal edilən malların həcmi və növü ilə uyğunluq təşkil etmədikdə və ya hər hansı üçüncü şəxslə saxlanma müqaviləsi bağlamadıqda;

- idxal və ya ixrac əməliyyatları aparan fərdi sahibkar və ya idxalatçı hüquqi şəxsin rəhbəri və ya təsisçisi bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilən risk meyarlarına əsasən riskli hesab edilən digər hüquqi şəxsin idarəetmə orqanının rəhbəri və ya təsisçisi olduqda;

-  topdansatış fəaliyyəti ilə məşğul olan şəxslər son 2 (iki) ayda iki və ya daha artıq gömrük bəyannaməsi ilə rəsmiləşdirdiyi malları elektron qaimə-faktura təqdim etməklə satışında əks etdirmədikdə;

-  şəxsin yalançı sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;

- vergi ödəyicisinin son 6 ay üzrə idxal etdiyi malların həcmi onun həmin dövr üzrə dövriyyəsindən azı 2 dəfə artıq olduqda;

-  idxal və ya ixrac əməliyyatlarının həcmi işçi sayının olmasını tələb etməsinə baxmayaraq, vergi ödəyicisinin bəyannaməsində işçi sayı göstərilmədikdə, əmək müqavilələrinin elektron informasiya sistemində əmək müqaviləsi bildirişləri müəyyən edilmədikdə və ya işçi sayı idxal əməliyyatlarının həcminə uyğun göstərilmədikdə.

Qaydalardan göründüyü kimi, idxal və ixrac edən şəxslərin anbarı ,müəyyən səviyyədə dövriyyəsi olmalıdır, həmçinin işçilərin sayı da müəyyən tələblərə cavab verməlidir.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər