DİQQƏT! Beş və altıgünlük iş rejimdə iş və istirahət günlərinin yerdəyişməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

DİQQƏT! Beş və altıgünlük iş rejimdə iş və istirahət günlərinin yerdəyişməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Mks.az saytının əldə etdiyi məlumata əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iş və istirahət günlərinin yerdəyişməsi ilə bağlı izahat tipli açıqlama hazırlayıb: "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının “Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin 2019-cu il dekabrın 23-nə təyin edilməsi barədə” 2019-cu il 18 oktyabr tarixli 7/24 nömrəli qərarı ilə Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-nə təyin edilmiş və iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 461 nömrəli qərarı ilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri günü iş günü hesab edilmir.

Yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq beşgünlük və altıgünlük iş həftəsində çalışan işçilərin 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar aylarında iş vaxtı normasının, iş və istirahət günlərinin müəyyənləşdirilməsi üçün aşağıdakılar nəzərə alınmalıdır:
a) iki istirahət günü olan beşgünlük 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2019-cu ilin dekabr ayının iş vaxtı norması 175 saat təşkil edir. Belə ki, yuxarıda qeyd edilənlər hallar nəzərə alınmaqla 2019-cu ilin dekabr ayında 22 iş günü (onlardan biri bayramqabağı qısaldılmış iş günü) olduqda bu ayın iş vaxtı norması 175 saat (21x8+7=175) olacaqdır.
b) bir istirahət günü olan altıgünlük 40 saatlıq iş həftəsində çalışan işçilər üçün iş vaxtı normasının və iş və istirahət günlərinin ardıcıl olmasını tənzimləmək məqsədilə müəssisə, idarə və təşkilatlarda kollektiv müqavilədə nəzərdə tutulmaqla 2019-cu ilin 29 dekabr tarixinin iş günü, 2020-ci ilin 3 yanvar tarixinin isə istirahət günü hesab edilməsi məqsədəmüvafiqdir və nəzərə alınmalıdır ki, 2020-ci ilin 6 yanvar tarixi altıgünlük iş həftəsində iş günüdür. İş və istirahət günlərinin ardıcıl olmasını tənzimləmək məqsədilə 2020-ci ilin 4 yanvar iş günü ilə 5 yanvar istirahət gününün yerləri dəyişdirilə bilər. Bu halda 2019-cu ilin dekabr ayında aylıq iş vaxtı norması 166 saat təşkil edəcəkdir ki, bu da beşgünlük iş həftəsi ilə müqayisədə 9 saat (175-166=9) azdır. 2020-ci ilin yanvar ayının iş vaxtı norması isə 153 saat təşkil edəcəkdir ki, bu da beşgünlük iş həftəsi ilə müqayisədə 9 saat (153-144=9) çoxdur.

Bildiririk ki, İş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz.

İş vaxtının illik normasına görə altıgünlük iş həftəsi cədvəlinə il ərzində düzəliş edilməsi ilə bağlı konkret məsələlər istehsalat və digər yerli şərait nəzərə alınmaqla bilavasitə kollektiv müqavilədə nəzərdə tutulmaqla həll olunur."

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər