III Milli Mühasiblər Forumunun biletlərinin qiyməti açıqlandı

III Milli Mühasiblər Forumunun biletlərinin qiyməti açıqlandı

12 iyun 2019-cu il tarixdə Bakı Biznes Mərkəzində keçiriləcək III Milli Mühasiblər Forumunun biletlərinin satışı ilə məlumat açıqlanıb.


Biletin satışı aşağıdakı mərhələlər üzrə aparılacaqdır:

11 may 2019-cu il tarixinədək – 60 AZN
11 may 2019-cu ildən – 1 iyun 2019-cu ilə qədər - 80 AZN
1 iyun 2019-cu ildən – 6 iyun 2019-cu ilə qədər – 90 AZN

Bilet sifariş etmək üçün, Ad, soyad, iş yeri, vəzifə, əlaqə məlumatları (mob, e-mail) və biletin çatdırılacağı ünvanı yazaraq [email protected] mail ünvanına göndərin.
Çatdırılma Bakı şəhəri daxili ödənişsizdir. 
Biletə görə ödəniş yerindəcə ediləcəkdir.
Sizə bilet və mədaxil qəbzi təqdim olunacaqdır.

Qeyd: Yerlər məhdud olduğu üçün, bilet satışının qeyd olunan vaxtlardan tez yekunlaşmaq ehtimalı var.
Qeyd 2 : Şirkət hesabına iştirak etmək istəyən şəxslər üçün, müqavilə bağlanılması mümkündür.

Biletlə bağlı diqqət olunacaq məsələlər:
1. 60 AZN-lik biletlər 11 may 2019-cu il tarixinədək 20% tutularaq geri qaytarıla bilər;
2. Bütün növ biletlər 24 may 2019-cu il tarixinədək qaytarıldıqda 50% tutularaq vəsait geri ödənilir;
3. 25 may 2019-cu il tarixindən sonra biletlər geri qaytarılmır;
4. Forumda sizin biletinizlə başqa şəxs iştirak etdikdə biletinizin nömrəsi üzrə təqdim etdiyiniz şəxsin şəxsiyyət vəsiqəsi məlumatlarını təşkilat komitəsində qeydiyyatdan keçirməyiniz tələb olunur;

Əlaqələndirici şəxs: Nəzir Xalid
012 480 28 45
070 932 42 62
055 932 48 96
[email protected]

 

0 Komment

    Şərh yazın

    Xəbərlər