"Formula 1" Qran Prisi ilə əlaqədar bəzi təşkilatlar üçün 5 günlük TƏTİL elan edilib

"Formula 1" Qran Prisi ilə əlaqədar bəzi təşkilatlar üçün 5 günlük TƏTİL elan edilib

Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran Prisi ilə əlaqədar Hökumət Evində fəaliyyət göstərən nazirlik, komitə və digər dövlət müəssisələrinin əməkdaşları tətilə buraxılacaqlar. Qeyd edək ki, Hökumət Evində İqtisadiyyat, Kənd Təsərrüfatı, Mədəniyyət Nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və digər qurumlar yerləşir.

İşçilərin tətili aprelin 24-dən 28-nə qədər davam edəcək. Bu müddət ərzində Hökumət Evinə giriş qadağan olunacaq. Artıq dövlət qurumlarının əməkdaşlarına Çərşənbə günündən etibarən işə gəlməməklə bağlı tapşırıq verilib. Aprelin 29-dan Hökumət Evində iş bərpa ediləcək.

Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran Prisi aprelin 26-dan 28-nə qədər keçiriləcək. Hökumət Evi yarışların keçirildiyi əsas zonada yerləşir. Qran Pri həmin binanın qarşısından start götürəcək.

0 Komment

    Şərh yazın

    Xəbərlər