Əhaliyə xidmət göstərən hansı vergi ödəyiciləri sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər

Əhaliyə xidmət göstərən hansı vergi ödəyiciləri sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər

Mks.az saytının eksperti Qalib Toğrulun Təqdimatında

Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişkiliklərdə konkret qadağalar nəzərdə tutulub ki, kimlər sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər. Bura topdansatış ticarət, işçi sayı beşdən artıq olan istehsalat fəaliyyəti, zərgərlik və xəz-dəri məmulatlarının satışını həyata keçirənlər, aksizli və məcburi nişanlama ilə nişanlanmalı olan mallar istehsal edən şəxslər, kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya fondları və bu fondların idarəçiləri, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, lombardlar və digərləri daxildir. Bunların üzərində geniş dayanmaq istəmirəm, çünki bu haqda mətbuatda geniş məlumat verilib.

Yeni dəyişikliklərdən sonra məqsəd əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) xidmət göstərən, satış edən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmasını təmin etməkdir.
Ancaq elə başa düşülməlsin ki, əhaliyə satış edən və ya xidmətlər göstərən bütün pərakəndə satıcılar və ya xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlər.
Məsələn, yeni tələblərə görə, əczaçılıq aptekləri, baytarlıq aptekləri, özəl tibb xidməti göstərən klinikalar (stomkabinetlər, klinikalar və sair), sürətli poçt xidmətilə məşğul olanlar, baytarlıq təbabətilə məşğul olanlar, parklarda atraksion işlədənlər, möhür-ştamp hazırlayanlar və digərləri illik dövriyyələri 200 min manatdan aşağı olsa belə, sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər.

 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı ARTIQ SATIŞDA + CD diski (qanunvericilik və nümünələr) 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Kitabda müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekspertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.

Kitabın üzərində olan xüsusi proqram təminatlı CD diskə kargüzarlıq və arxiv işini əhatə edən bütün qanunvericilik aktları, Azərbaycanın qəbul etdiyi dövlətlərarası standartlar və kitaba daxil ediləndən daha çox sənəd nümunələri yerləşdirilib.
Kitabın qiyməti 28 manat, daimi müştərilərimiz üçün isə 24 manat təşkil edir. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz həyata keçirilir. Kitabı nəğd və ya köçürmə yolu ilə əldə edə bilərsiniz.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72[email protected]

 

MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər