Sadələşdirilmiş vergilə bağlı Vergilər Nazirliyindən bunu gözləsək də, təəssüf ki, reallaşmadı

Sadələşdirilmiş vergilə bağlı Vergilər Nazirliyindən bunu gözləsək də, təəssüf ki, reallaşmadı

Mks.az saytının eksperti Qalib Toğrulun Təqdimatında

Sadələşdirilmiş vergi niyə sıradan çıxarılır?

Növbəti ildən sadələşdirilmiş vergi ilə bağlı nəzərdə tutulan mühüm dəyişikliklərin kökündə duran ən böyük səbəb bu sahədə vergidən yayınma riskinin yüksək olmasıdır. Məlumdur ki, bu verginin ödəyiciləri əsasən ticarət və ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlardır. Sonuncu dəfə 2 il əvvəl Vergilər Nazirliyi dövriyyəsi 200 min manatdan yuxarı olan iri ticarət və ictimai iaşə obyektləri üçün məbləği qaldırıb, vergini də müvafiq olaraq 6% və 8% təyin etməklə vəziyyətdən çıxmaq istədi, ancaq təəssüf ki, bu addım da uğurlu nəticə qazanmağa imkan vermədi. 

Belə görünür ki, bu dəfə Vergilər Nazirliyi daha radikal addımlar atmaqda qərarlıdır. Topdansatış ticarətin sadələşdirilmiş vergi ödəyiciləri siyahısından çıxarılması birmənalı şəkildə müsbət qiymətləndirilməlidir. Bir neçə il öncə Vergi Məcəlləsində topdansatış ticarətlə pərakəndə ticarət anlayışlarının dəqiqləşdirilməsi, bu iki ticarət forması arasında sərhədlərin cızılması hazırkı islahatlar üçün müəyyən mənada özül rolunu oynayıb. Topdansatış ticarətdə dövriyyənin yüksək olması və vergidən yayınmanın yüksək olması faktdır, onlara sadələşdirilmiş vergi ödəyicisi olmaq lüksü tanınmamalıdır.
Fikrimcə, bu siyasətə paralel olaraq sabit vergi ödəyicilərinin əhatə dairəsinin genişləndirilməsi məsələsinə də baxıla bilərdi. Məsələn, konkret meyarlar (obyektin sahəsi, işçi sayı və sair) tətbiq etməklə, kiçik pərakəndə ticarət və ictimai iaşə subyektlərini sabit vergi ödəyiciləri siyahısına daxil etmək mümkün idi. Bu həmin vergi ödəyicilərinin hesabatlılıqla bağlı yükünü də azaldardı.
Bugünədək sadələşdirilmiş vergi ödəyiciləri olan sahibkarlıq subyektlərinin yanvarın 1-dən mənfəət və ya gəlir vergisi ödəyicisi olmalarının onların xərclərinin və gəlirlərinin uçotu məsələrinin təşkilində çətinliklər yaradacağı şübhəsizdir. Sənədləşmə ilə bağlı tələblərin sərtləşdirilməsi, maliyyə sanksiyalarının məbləğlərinin artırılması (58.8, 58.8.1, 58.8.2 və 58.8.3) və yeni maliyyə sanksiyalarının tətbiqi (58.13, 58.14, 58.15) sahibkarlardan uçotla bağlı məsələdər xüsusi həssaslıq və yüksək diqqət tələb edir. 
Təəssüf ki, son bir ayda mikro və kiçik sahibkarlıq subyektlərinin nümayəndələrilə söhbətlərdən gəldiyim qənaət belədir ki, əksər vergi ödəyicilərinin yeni dəyişikliklərlə bağlı məlumatlılıq səviyyəsi 0-ın altındadır. Maarifləndirmə ilə bağlı əhatə dairəsi böyük olan daha işlək mexanizmlərin tətbiqi qaçılmazdır. Ən azından vergi orqanlarının nümayəndələrinin təhkim olunduqları sahibkarlıq subyektlərini yerində təlimatlandırmaları lazımdır.
Dəyişikliklərdə nəzərdə tutulur ki, pərakəndə ticarət və ictimai iaşədə gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılsın. 
Bu təqdir olunmalı addımdır, ancaq bu tip müddəaların tətbiqi ilə bərabər, 1% nağdlaşdırma vergisinin ləğvi doğru olardı və vergi ödəyiciləri Vergilər Nazirliyindən bu addımı gözləyirdi. Çünki sadələşdirilmiş vergi adlandırılan bu tutulma Vergi Məcəlləsinin təkrar vergitutma ilə bağlı tələblərinə ziddir və sahibkarlara münasibətdə çox ağır inzibati metoddur. Nağdsız ödənişlərin xüsusi çəkisinin artırılmasını birtətərfli qaydada sahibkardan tələb etmək doğru deyil, bunun üçün ilk növbədə, sağlam bank-maliyyə mühiti, texniki infrastruktur imkanları təmin edilməlidir.

 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı ARTIQ SATIŞDA + CD diski (qanunvericilik və nümünələr) 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Kitabda müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekspertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.

Kitabın üzərində olan xüsusi proqram təminatlı CD diskə kargüzarlıq və arxiv işini əhatə edən bütün qanunvericilik aktları, Azərbaycanın qəbul etdiyi dövlətlərarası standartlar və kitaba daxil ediləndən daha çox sənəd nümunələri yerləşdirilib.
Kitabın qiyməti 28 manat, daimi müştərilərimiz üçün isə 24 manat təşkil edir. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz həyata keçirilir. Kitabı nəğd və ya köçürmə yolu ilə əldə edə bilərsiniz.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72[email protected]

 

MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər