Hesablama Palatasının sədri artıq vergi ödəmələrinin inanılmaz məbləğini açıqladı
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov vergi proqnozları ilə bağlı maraqlı açıqlama verib: "Növbəti il üçün proqnozlaşdırlmış ƏDV məbləğinin 44%-i Vergilər Nazirliyinin, 56%-i Gömrük Komitəsinin xətti ilə təmin ediləcək. 2019-cu il üçün nəzərdə tutulmuş artım məbləğinin Komitə tərəfindən təmin edilməsi ölkədaxili dövriyyələrin tam bəyan olunmaması şəraitində Vergilər Nazirliyi xətti ilə büdcə gəliləri üzrə artıqödəmə məbləğində artım olmasına təsir göstərəcək. Cari ilin 6 ayı ərzində artıqödəmə ilin əvvəli ilə müqayisədə 3,9%, ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,1% azalmasına baxmayaraq, 2,4 mlrd. manat təşkil edir. Vergi daxilolmalarının effektinin və nəzərdə tutulmuş dəyişikliklərin təsirinin qiymətləndirilməsi, ilk növbədə, artıq ödəmə məbləğlərinin ləğv etməliyik"
"Kargüzarlıq: A-dan Z-yə" kitabı ARTIQ SATIŞDA + CD diski (qanunvericilik və nümünələr)
"Kargüzarlıq: A-dan Z-yə" kitabı müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Kitabda müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekspertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.
Kitabın üzərində olan xüsusi proqram təminatlı CD diskə kargüzarlıq və arxiv işini əhatə edən bütün qanunvericilik aktları, Azərbaycanın qəbul etdiyi dövlətlərarası standartlar və kitaba daxil ediləndən daha çox sənəd nümunələri yerləşdirilib.
Kitabın qiyməti 28 manat, daimi müştərilərimiz üçün isə 24 manat təşkil edir. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz həyata keçirilir. Kitabı nəğd və ya köçürmə yolu ilə əldə edə bilərsiniz.
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
0 Komment
Şərh yazın