Hesablama Palatasından Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı FƏRQLİ BAXIŞ

Hesablama Palatasından Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı FƏRQLİ BAXIŞ

“Vergi qanunvericiliyi üzrə nəzərdə tutulan yeniliklər 2019-cu ilin yanvar ayından deyil, mərhələli şəkildə tətbiq edilməlidir”.

“Report” xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyində öz əksini tapıb.

Rəydə qeyd olunub ki, növbəti ilin dövlət büdcəsinin layihəsi çərçivəsində Vergi Məcəlləsinə edilməsi nəzərdə tutulan dəyişikliklərə dair qanun layihəsinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə (cari ilin may ayının 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Milli Məclisinə) ictimailəşdirilməməsini və vergi ödəyiciləri üzrə vergilərin könüllü bəyan edilməsinin (eləcə də könüllü ödənilməsinin) mövcud səviyyəsinin qeyri qənaətbəxş olmasını nəzərə alaraq intizamsızlıq risklərinin daha da yüksəlməsinin qarşısının qabaqcadan alınması məqsədilə büdcə-vergi siyasəti çərçivəsində vergi qanunvericiliyi üzrə nəzərdə tutulan yeniliklərin 2019-cu ilin yanvar ayından deyil mərhələli şəkildə tətbiq edilməsini (qüvvəyə minməsini) məqsədəmüvafiq hesab edilir. 

 "Kargüzarlıq: A-dan Z-yə" kitabı ARTIQ SATIŞDA + CD diski (qanunvericilik və nümünələr) 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Kitabda müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekspertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.

Kitabın üzərində olan xüsusi proqram təminatlı CD diskə kargüzarlıq və arxiv işini əhatə edən bütün qanunvericilik aktları, Azərbaycanın qəbul etdiyi dövlətlərarası standartlar və kitaba daxil ediləndən daha çox sənəd nümunələri yerləşdirilib.
Kitabın qiyməti 28 manat, daimi müştərilərimiz üçün isə 24 manat təşkil edir. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz həyata keçirilir. Kitabı nəğd və ya köçürmə yolu ilə əldə edə bilərsiniz.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər