İqtisadçı ekspert: "Əks halda güzəşt vergi ödəyiciləri üçün bir torasalma əməliyyatı təsiri bağışlayacaq"

İqtisadçı ekspert: "Əks halda güzəşt vergi ödəyiciləri üçün bir torasalma əməliyyatı təsiri bağışlayacaq"

mks.az saytının xahişilə iqtisadçı ekspert, İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrul əmək haqqıdan tutulan sosial ayırmaların işçi və işəgötürən arasında bölüşdürülməsi və muzdlu işlə bağlı ödəmə mənbəyində tutulan vergilə bağlı gözlənilən islahatlara münasibət bildirib. Ekspert bu dəfə məsələ ilə bağlı mətbuata verdiyi açıqlamalarda toxunmadığı 2 vacib məqamdan danışıb: “Birinci vacib məqam, qeyri-neft sektoruna vəd olunan güzəştlərin müddəti məsələsidir. Mütləq güzəştlərin neçə il qüvvədə olması məsələsinə aydınlıq gətirilməlidir. Əks halda bu, vergi ödəyiciləri, işəgötürənlər üçün bir torasalma əməliyyatı təsiri bağışlayacaq. Bizim kimi vergi mədəniyyətinin və vergi inzibatçılığının aşağı olduğu ölkələrdə belə fəndlərdən geniş istifadə olunur. Vergi dərəcəsi müvəqqəti aşağı salınır, burada məqsəd vergidən yayınan potensial vergi ödəyicilərini aşkara çıxarmaq, vergitutma bazasının hüdudlarını müəyyən etmək və sonradan vergi və sosial ayırmaların dərəcələrini əvvəlki vəziyyətinə qaytarmaq və yaxud daha da yüksəyə qaldırmaqdır. Ona görə də ölkədə vergi siyasətini müəyyənləşdirənlər son vaxtlar verdikləri vədlərdə nə qədər səmimi olduqlarını sübut etmək üçün mütləq həm muzdlu işlə bağlı ödəmə mənbəyində tutulan vergi, həm də sosial ayırmalarla bağlı güzəştlərin qüvvədə olma müddətini açıqlamalıdırlar.

İddia oluna bilər ki, bu dəyişikliklər güzəşt deyil, Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa nəzərdə tutulan növbəti dəyişikliklərdir. O zaman ilin əvvəlində Vergi Məcəlləsinə ildə bir neçə dəfə dəyişiklik olunması praktikasına son qoyacağı ilə bağlı bəyanat verən Vergilər Nazirliyinin yeni rəhbərliyi öz islahatçı kursuna sadiqlik nümayiş etdirməli və ən azı növbəti 5-7 ildə 8000 manata qədər əmək haqqıdan muzdlu işlə bağlı ödəmə mənbəyindən vergi tutulmamasına təminat verməlidir”.

Ekspert hesab edir ki, 25 faizlik sosial ayırmaların işçi və işəgötürən arasında bölünməsi nisbətində müəyyən azalmalara gedilməlidir: “Baxmayaraq ki, rəsmi olaraq 10%-lik sosial ayırma öhdəliyi işçinin, 15% isə işəgötürənin üzərindədir, faktiki, son nəticədə 25%-i işəgötürən ödəyir. Çünki işə qəbul olunan işçini hansı vergiləri ödəməsi deyil, ayın sonunda alacağı - vergilər tutulmuş net məbləğ maraqlandırır. Və əksər hallarda işçi işəgötürənlə məhz belə şərtləşir. Təbii ki, söylədiklərim yeni işə qəbul olunanlar nöqteyi-nəzərindən keçərlidir, cari işçilər isə yeni şərtlərlə 1 yanvar 2019-cu ildən başlayaraq əvvəlki illə müqayisədə daha yüksək əmək haqqı alacaqlar, çünki 14%-lik vergi yükündən (8000 manata qədər) azad olunurlar.

Nə qədər ki, gec deyil, sosial ayırma yükünün aşağı salınması imkanları bir daha gözdən keçirilməlidir, əks halda gizli məşğulluğun leqallaşdırılması ilə bağlı gözləntilər tam doğrulmaya bilər. Nəzərə alaq ki, işəgötürənlərin çox çəkindiyi Vergilər Nazirliyi 8000 manata qədər əmək haqqıdan gəlir vergisi tutulmadığına görə artıq əmək müqavilələrinin bağlanması məsələsini yoxlamaqda maraqlı olmayacaq. O zaman məsələnin ciddiliyi bütün çılpaqlığı ilə aydın olur”.

 "Kargüzarlıq: A-dan Z-yə" kitabı ARTIQ SATIŞDA + CD diski (qanunvericilik və nümünələr) 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Kitabda müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekspertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.

Kitabın üzərində olan xüsusi proqram təminatlı CD diskə kargüzarlıq və arxiv işini əhatə edən bütün qanunvericilik aktları, Azərbaycanın qəbul etdiyi dövlətlərarası standartlar və kitaba daxil ediləndən daha çox sənəd nümunələri yerləşdirilib.
Kitabın qiyməti 28 manat, daimi müştərilərimiz üçün isə 24 manat təşkil edir. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz həyata keçirilir. Kitabı nəğd və ya köçürmə yolu ilə əldə edə bilərsiniz.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər