Milli Məclis təsdiqlədi: Vergi Məcəlləsinə dəyişikliklər olacaq

Milli Məclis təsdiqlədi: Vergi Məcəlləsinə dəyişikliklər olacaq

Sentyabrın 24-də parlamentin payız sessiyasında ilk iclasına toplaşan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 18 məsələyə baxıldı. 
Öncə komitənin sədri Ziyad Səmədzadə 2018-ci ilin yaz və növbədənkənar sessiyalarında görülmüş işlər barədə məlumat verdi. Bildirdi ki, 15 iclasda 62 məsələyə baxan, o cümlədən 61 qanun layihəsini geniş müzakirə edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ölkənin qanunvericilik bazasının zənginləşməsi istiqamətində  var gücü ilə çalışıb. Payız sessiyasında da komitə qanunvericilik sahəsində işini əzmlə davam etdirəcək. 
Fikir mübadiləsində yaz və növbədənkənar sessiyalar ərzində görülmüş işlər məqbul sayıldı, payız sessiyasının iş planı dəstəkləndi.

İclasda Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov gündəlikdəki əksər qanun layihələrini təqdim etdi. Bildirildi ki, “Aviasiya haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlara təklif olunan  dəyişikliklər ötən ilin dekabrında Əmək Məcəlləsində edilən dəyişikliklərlə bağlıdır. 
Vergi Məcəlləsində və Gömrük Məcəlləsində dəyişiklik edilməsinə dair birinci oxunuşda müzakirəyə çıxarılmış sənədlər isə 2017-ci ilin 15 dekabrında dəyişiklik edilmiş “Dövlət Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun icrası məqsədilə hazırlanıb.  
Komitə üzvlərinə məlumat verildi ki, Vergi Məcəlləsində digər dəyişikliklərə dair sənədlər bu məcəllənin “Təhsil haqqında” və “Elm haqqında” qanunlara uyğunlaşdırılması xarakteri daşıyır, həmçinin  “İcra haqqında” qanunda edilmiş dəyişikliklə əlaqədardır. 
İclasda İnzibati Xətalar Məcəlləsinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Standartlaşdırma haqqında”, “Bələdiyyələrin maliyyələşməsinin əsasları  haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”  qanunlara təklif edilən dəyişikliklər də şərh olundu. 
Gündəlikdəki digər qanun layihələrini komitə iclasına dəvət olunmuş sahə mütəxəssisləri təqdim etdilər. 
Mülki  Məcəllədə və “Banklar haqqında” qanunda dəyişikliyə dair birinci oxunuşa təqdim olunmuş layihələrdən danışan Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktorunun müavini Asim Zülfüqarov bildirdi ki, hər iki sənədin bir sıra maddələrinə dəyişiklik edilməsi zərurəti təmsil etdiyi qurumun – MBNP-nın təkliflərinə əsasən meydana gəlib. 
İclasda Mülki  Məcəlləyə və “İpoteka haqqında” qanuna təklif olunan dəyişiklikləri İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədr müavini Rəhman Hümmətov şərh etdi. Məlum oldu ki, birinci oxunuşa çıxarılmış hər iki sənəd “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” 2016-cı il 22 iyun tarixli Prezident Fərmanının icrası məqsədilə hazırlanıb. 
Birinci oxunuşda müzakirəyə çıxarılmış “Lotereyalar haqqında” qanuna təklif olunan dəyişikliklər barədə deputatlara “Azərlotereya” ASC İdarə Heyətinin sədri Maqsud Tağıyev məlumat verdi. Bildirdi ki, layihə elektron lotereyaların da təşkili və keçirilməsinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsini nəzərdə tutur və bu lotereyaların “Fərdi məlumatlar haqqında” qanuna əsasən dövlət qeydiyyatına alınmış elektron informasiya sistemi vasitəsilə həyata keçirilməsini məqsədəuyğun sayır. 
Gündəlikdəki məsələlər ətrafında komitədə geniş fikir mübadiləsi aparıldı. Deputatlar Vahid Əhmədov, Rüfət Quliyev, Əli Məsimli, İlham Əliyev, Şəmsəddin Hacıyev, Tahir Mirkişili, İqbal Məmmədov qanun layihələrinə münasibətlərini bildirdilər, təkliflərini diqqətə çatdırdılar. 
Deputatları maraqlandıran suallara cavab verildi.
Müzakirələrin yekununda baxılan məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Milli Məclisin Mətbuat Xidməti

MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu - 2018 SATIŞDA

 “Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.

Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.
 
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]
 
  
“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA
 
Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 

012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər