Vergilər Nazirliyindən Açıqlama: Hansı müəssisələr üçün Pos-terminallar MƏCBURİ olacaq?

Vergilər Nazirliyindən Açıqlama: Hansı müəssisələr üçün Pos-terminallar MƏCBURİ olacaq?

POS-terminalların quraşdırılması ilə bağlı Nazirlər Kabinetinin qərarına əsasən artıq bütün satış məntəqələrində POS-terminallar quraşdırılmalı idi. Sadəcə vergi orqanları bu məsələyə diqqət yetirmədiyindən, bankdan alınan sənədi vergi orqanına təqdim etməklə sahibkarlar pos-terminallar quraşdırmaqdan yayındırlar.

Artıq bəzi obyektlərin üçün bu tələb məcburi olacaq. Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin Vergi qanunvericiliyi idarəsinin direktoru Əvəz Quliyev bildirib ki, ödəniş terminalı olmayan pərakəndə ticarət və iaşə obyektlərində, mehmanxanalarda və bu kimi xidmət müəssisələrində məcburi şəkildə POS-terminallar yerləşdiriləcək: "POS-terminallara məhdudiyyət yoxdur və sahibkar öz istəyi ilə könüllü şəkildə öz obyektində ödəniş sistemini yerləşdirə bilər. Bu gün Azərbaycanda obyektlərdə 77 minə yaxın POS-terminallar quraşdırılıb. Terminallar əhalinin daha çox istifadə etdiyi obyektlərdə yerləşdirilib. Sadalanan ticarət və xidmət müəssisələrində məcburi şəkildə POS-terminallar qurulacaq”.

0 Komment

    Şərh yazın

    Xəbərlər