Vergilər Nazirliyinin açıqlaması: Mühasib vəzifəsi tarixin yaddaşına qovuşur?
Vergilər Nazirliyinin Rəqəmsal vergi inzibatçılığı departamentinin İnformasiya təhlükəsizliyi şöbəsinin rəhbəri Aqşin Məcidov bildirib ki, vergi hesabatlığı ilə bağlı ciddi dəyişiklik gözlənilir: "Tətbiq ediləcək yeniliklərdən biri də bəyannamələrin hazırlanması ilə bağlıdır. Hazırda vergi bəyannamələri vergi ödəyiciləri tərəfindən tərtib olunur və nazirliyə təqdim edilir. Lakin bəyannamələrin tərtibatı zamanı informasiya texnologiyları sahəsində az təcrübəsi olan vergi ödəyiciləri müəyyən çətinliklərlə üzləşirlər. Həmçinin, vergi bəyannamələrin hesabat dövrünün sonlarında təqdim edilməsi zamanı bəzən sistemdə yüklülük yarana bilir. Bütün bunları aradan qaldırılması üçün Vergilər Nazirliyi əlaqəli dövlət qurumları arasında elektron inteqrasiya sistemini təkmilləşdirməklə vergi bəyannamələrinin ödəyicilərin əməliyyatları əsasında vergi orqanları tərəfindən ilkin versiyasının hazırlanaraq təsdiq üçün vergi ödəyicisinə göndərilməsi üzərində iş aparır."
Açıqlamadan göründüyü kimi, artıq müəyyən dövrdən sonra mühasiblər yox, vergi orqanlarının tətbiq etdiyi proqram tərəfindən avtomatik vergi hesabatlarını hazırlanaraq vergi orqanlarına təqdim ediləcək. Bu addım nəticəsində mühasiblərin işi asanlaşsa da, onların əməyinə bir o qədər də ehtiyac olmayacaq. Vergi orqanları üçün məlumatların daxil edilməsi adı əməliyyatçılar tərəfindən aparıla biləcək.
MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA
Mühasiblərin stolüstü kitabı: - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə
- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu - 2018 SATIŞDA
“Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
012 564 86 85, 050 368 12 72, [email protected]
Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
0 Komment
Şərh yazın