Vergi imtahanları uğurla başa vuranlar üçün VACİB XƏBƏR

Vergi imtahanları uğurla başa vuranlar üçün VACİB XƏBƏR

Vergilər Nazirliyinin 1 dekabr 2017-ci il və 30 aprel 2018-ci il tarixli elanları əsasında dövlət vergi orqanlarına işə qəbulla əlaqədar keçirilən müsabiqə üzrə uğur qazanmış namizədlər Vergilər Nazirliyinin 24 iyun 2014-cü il tarixli 1417040100819300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”nın 11-ci bəndinə müvafiq olaraq aşağıda qeyd olunan sənədləri 13-17 avqust 2018-ci il tarixlərdə Vergilər Nazirliyinin inzibati binasına təhvil verilməsini təmin etməlidirlər:

-       Şəxsiyyət vəsiqəsinin surəti;

-       Tərcümeyi-hal (blank Vergilər Nazirliyi tərəfindən verilir);

-       Kadrların şəxsi uçot vərəqəsi (blank Vergilər Nazirliyi tərəfindən verilir);

-       4x6 ölçüdə 2 ədəd, 9x12 ölçüdə 1 ədəd ağ fonda kağız daşıyıcıda və 3x4 elektron daşıyıcıda (kişilər kostyumda və qalstukda) fotoşəkil;

-       Ali təhsil barədə diplomun notarial qaydada təsdiq olunmuş surəti (xarici ölkədə təhsil almış namizədlərin diplomları müvafiq qaydada notarifikasiya olunmalıdır);

-       Əmək kitabçasının təsdiq olunmuş surəti (son iş yeri barədə qeyd olması şərti ilə) və ya əmək fəaliyyətinin olmadığı haqqında arayış;

-       Yaşadığı yerin poliklinkasından sağlamlıq barədə arayış;

-       Narkoloji dispanserindən qeydiyyatda olub-olmama barədə arayış;

-       Yaşadığı ünvan və ailə tərkibi barədə arayış;

-       Nikah və ya boşanma haqqında şəhadətnamənin, uşaqların doğum haqqında şəhadətnamələrin surətləri;

-       Hərbi biletin qeyd aparılmış bütün vərəqlərinin surəti.

Qeyd: Kadrların şəxsi uçot vərəqəsi və tərcümeyi-hal blankını 13 avqust 2018-ci il tarixdən etibarən nazirliyin inzibati binasından götürə bilərlər.

MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu - 2018 SATIŞDA

 “Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.

Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.

 

0 Komment

    Şərh yazın

    Xəbərlər