Vergi orqanlarına işə qəbul müsabiqəsinin qalibləri təyinatdan öncə təlim prossesinə çəlb ediləcək?

Vergi orqanlarına işə qəbul müsabiqəsinin qalibləri təyinatdan öncə təlim prossesinə çəlb ediləcək?

Vergilər Nazirliyinin nümayəndəsi mks.az saytına verdiyi məlumatda bu məsələyə aydınlıq gətirdi

Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar keçirilən müsabiqənin nəticəsi olaraq kadr ehtiyatına daxil edilən 132 nəfərin işlə təmin olması ilə bağlı müxtəlif versiyalar var. Bəzi xəbərlərə görə, kadr ehtiyatına daxil edilən namizədlərin vergi orqanlarına birbaşa təyin olunacaq. Digər məlumatlara əsasən, kadr ehtiyatına daxil edilən namizədlərlə bağlı öncə maarifləndirici təlimlər təşkil olunacaq və onun nəticəsinə uyğun təyinatlarla bağlı qərar veriləcək.
Vergilər Nazirliyindən mks.az saytına verilən məlumata əsasən, namizədlərin vergi orqanlarında işlə təmin olunması “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında” Əsasnamə və “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi” Qaydalarına uyğun həyata keçirilir. Namizədlər üçün öncə təlim kursların təşkil olunması məsələsinə gəlincə isə, Vergilər Nazirliyinin nümayəndəsi bildirib ki, hal-hazırda təlim kursların keçirilməsi ilə bağlı hər hansı göstəriş verilməyib.

Məlumat üçün bildirək ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı normativ sənədlərə əsasən, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizəd nazirliyin müvafiq əmri və ya komissiyasının qərarına əsasən siyahıya daxil edilir və iki il müddətində siyahıda saxlanılır. Həmin müddət bu barədə qərarın qəbul edildiyi gündən başlayır. üsabiqənin nəticələrinə görə siyahıya daxil edilmiş namizədlər vergilər nazirinə təqdim edilir. Vergilər naziri ehtiyat kadrlar sırasından müvafiq vakant ştat vahidlərinə uyğun təyinat aparır. Vergilər naziri ehtiyat kadrların vakant vəzifələrə təyin olunması zamanı onları müsabiqədə topladıqları ballar üzrə siyahı ardıcıllığı, ixtisasları əsas götürülür və namizədlər balların azalması prinsipi ilə vəzifələrə təyin olunurlar. Ehtiyat kadrların sayı vergi orqanlarında vakant olan ştat vahidlərinin sayından çox olduqda vəzifəyə təyin olunmamış ehtiyat kadrlar siyahıda saxlanılırlar.

Müəllif: Rəcəb İmanov

MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu - 2018 SATIŞDA

 “Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.

Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.

 

0 Komment

    Şərh yazın

    Xəbərlər