Vergi güzəştləri ələbaxımlılıq və tənbəllik yaratmamalıdır

Vergi güzəştləri ələbaxımlılıq və tənbəllik yaratmamalıdır

«İqtisadi resursların öyrənilməsi» İctimai Birliyinin rəhbəri Ruslan Atakişiyev hesab edir ki, vergi güzəştləri istehsal və xidmət sahələrinin genişləndirilməsi, yeni sahibkarlıq subyektləri  və iş yerlərinin yaradılması baxımından əhəmiyyətlidir. Dövlət bu və ya digər sahənin dirçəldilməsinə kömək etmək, onun regional və beynəlxalq səviyyədə rəqabətədavamlı olmasını təmin etmək məqsədilə öz büdcə gəlirlərindən imtina edir. Bir çox ölkələrin təcrübəsindən də göründüyü kimi, vergi güzəşti və azadolmaları müəyyən dövr üçün həmin sahənin «ayağa qaldırılmasına» və inkişaf etdirilməsinə kömək məqsədilə verilir. Yəni bu güzəştlər əbədi deyil və müəssisənin normal gəlir əldə etmək imkanları yarandıqdan sonra dayandırılır. Ona görə də sahibkarlar güzəşt tətbiq olunduğu dövrdə yaradılmış bu fürsətdən sərfəli istifadə etməli, istehsal və xidmət sahələrini genişləndirməli, vergi güzəşti sayəsində əldə olunan vəsaitləri təkrar investisiya mənbəyi kimi istifadə etməlidirlər. Təəssüf ki, bəzi üzdəniraq sahibkarlar güzəştləri həyat tərzinə çevirir və tənbəlləşir, vergi ödəmək vərdişindən uzaqlaşırlar. Vergi azadolmaları dövrü başa çatdıqdan sonra onlar vergi ödəməyi sanki ağır yük kimi qəbul edirlər, vergi intizamına əməl etməkdə çətinlik çəkirlər.

Dünya təcrübəsindən də göründüyü kimi, sahibkarlığı stimullaşdırmağın ən yaxşı vasitəsi vergi inzibatçılığının təkmilləşdirilməsi, optimal vergi mexanizminin yaradılmasıdır. Bu siyasət özünü daha yaxşı doğruldur və bütün sahibkarların fəaliyyəti üçün əlverişli və bərabər imkanlar yaradır.

Mənbə: "Vergilər" qəzeti

MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu - 2018 SATIŞDA

 “Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.

Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.
 

0 Komment

    Şərh yazın

    Xəbərlər