Artıq ödəməsi olan vergi ödəyicilərinə xəbərdarlıq – səyyar vergi yoxlaması riski

Artıq ödəməsi olan vergi ödəyicilərinə xəbərdarlıq – səyyar vergi yoxlaması riski

Həmkarlarımızın təşkilatımıza verdiyi məlumata əsasən, vergi orqanları tərəfindən artıq ödəməsi olan vergi ödəyicilərinə bildiriş göndərilib. Xəbərdarlıq məktubunda bildilir ki, artıq ödəməsi çox olan vergi ödəyiciləri bu məbləğlə bağlı izahat vəya dəqiqləşdirilmiş bəyannamə təqdim etməlidir. Əks halda Vergi orqanları Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, kameral və ya səyyar vergi yoxlamaları, operativ vergi nəzarəti tədbiriləri həyata keçirə bilərlər.
Həmkarlarımız üçün maraqlı olacağını nəzərə alaraq, vergi orqanlarının artıq ödəməsi olan bəzi vergi orqanlarına göndərdiyi məktubun tam mətnini diqqətinizə çatdırırıq.

BİLDİRİŞ-XƏBƏRDARLIQ
Artıq ödəməsi olan vergi ödəyiciləri barədə

Hörmətli vergi ödəyicisi!
Bildiririk ki, uçot məlumat bazasına əsasən vergi ödəyicilərinin vergilər üzrə yaranmış artıq ödəmə məbləğlərinin səbəblərinin müəyyən edilməsi üçün onların yaranma mənbələri üzrə təhlillər aparılmışdır.
Təhlillər zamanı Sizin şəxsi hesab vərəqənizdə ödədiyiniz vergi məbləğləri ilə təqdim etdiyiniz vergi bəyannamələri arasında fərqin olduğu müəyyən edilmişdir. Bu da öz növbəsində sonrakı dövrlər üzrə dövlət büdcəsinə yaranan vergi öhdəliklərinin yerinə yetirilməsinə öz təsirini göstərir. Bu isə artıq ödəmələrin yaranma səbəblərinin araşdırılmasını və real olmayan səbəblərin aradan qaldırılmasını zəruri edir.
Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında gəlirlərinizin və ya vergitutma obyektinizin gizlədilməsi (azaldılması) əlamətləri müəyyən edildikdə növbədənkənar səyyar vergi yoxlaması keçirilə bilər və ya Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq əlaqəli məlumatlara əsasən vergi hesablana bilər.
Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Fəaliyyətinizlə bağlı risklərin yaranmaması, hər hansı maliyyə itkilərinə məruz qalmamağınız üçün mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi, ödəmələr üzrə yaranmış artıq ödəmələrlə bağlı uyğunsuzluqların aradan qaldırılması, hesablamaların düzgün aparılması məqsədilə müvafiq izahatların və dəqiqləşdirilmiş bəyannamələrin təqdim edilməsi Sizə tövsiyə olunur.

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

0 Komment

    Şərh yazın

    Xəbərlər