Vergilər Nazirliyindən işə qəbulun musahibəsi ilə bağlı ŞƏFFAF ADDIM

Vergilər Nazirliyindən işə qəbulun musahibəsi ilə bağlı ŞƏFFAF ADDIM

Vergi orqanlarına işə qəbul üzrə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müsabiqənin ikinci mərhələsi davam edir. İyunun 7-dən başlayaraq Müsabiqə Komissiyası test imtahanından keçmiş 139 nəfər namizədlərlə müsahibələrin keçirilməsinə başlayıb.

Müsahibə zamanı namizədin müvafiq sahə üzrə biliklərini tətbiq etmək bacarıqları, ümumi dünya görüşü və şəxsi keyfiyyətləri qiymətləndirilir. Müsahibə zamanı şəffaflığın təmin edilməsi məqsədi ilə Nazirlik tərəfindən bütün zəruri tədbirlər görülür, prosesin tam video çəkilişi aparılır.
Hazırda müsahibələr davam etməkdədir, yekunlaşdıqdan sonra onun nəticələri Vergilər Nazirliyinin rəsmi internet səhifəsi vasitəsi ilə ictimaiyyətə elan ediləcəkdir.

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

0 Komment

    Şərh yazın

    Xəbərlər