Vergilər Nazirliyindən işə qəbulla bağlı namizədlərə FƏRQLİ YANAŞMA
SABAH qrupu məzunlarının dövlət vergi orqanlarına işə qəbulu üzrə e-qeydiyyat 20 iyun 2018-ci il tarixdə başa çatır. 3 aprel 2018-ci il tarixdə imzalanmış “Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında Əməkdaşlıq Memorandumu” çərçivəsində 2017-2018-ci tədris ilində məzun olacaq SABAH qrupu tələbələri üçün dövlət vergi orqanlarına “sürətli” işə qəbul üzrə müsabiqə davam edir.
Müsabiqədə qeydiyyatın son tarixi 20 iyun 2018-ci il (saat 23:59) müəyyən edilmişdir.
Müsabiqədə iştirak etmək istəyən SABAH məzunları https://login.e-taxes.gov.az/tqdk/ keçidinə (keçidin “qurumu seçin” bölməsində “SABAH” qrupları” seçilməlidir) daxil olaraq elektron ərizə formasını doldura bilərlər.
SATIŞDA OLAN NƏŞRLƏRİMİZ
0 Komment
Şərh yazın