Gömrük Komitəsinin son islahatları mühasiblərə izah olunacaq

Gömrük Komitəsinin son islahatları mühasiblərə izah olunacaq

Milli Mühasiblər Forumunun 24 iyun 2018-ci il tarixdə mühasiblər üçün seminar təşkil edəcəyi barədə məlumat vermişdik. Tanınmış təlimçi Radil Fətullayev seminardakı mövzusu ilə bağlı əlavə açıqlama yayıb: “Hörmətli mühasiblər, idxal-ixrac əməliyyatlarını həyata keçirən müəssisə rəhbərləri və ekspertlər. Bildiyiniz kimi, gömrük sistemində həyata keçirilən son islahatlar nəticəsində idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsi ilə əlaqədar elektron xidmətlərinin sayı artırılmışdır. Belə ki, idxal-ixrac əməliyyatları ilə bağlı müqavilə, proform invoys, alış sifarişi (purchase order, PO), hesab faktura və s. kimi sənədlərin e-gov.az portalı vasitəsi ilə göndərilməsi tələbləri ortaya çıxmışdır. Həmçinin, təcrübə göstərir ki, yeni dəyişikliklərin Yük Gömrük Bəyannamələrinə (YGB-yə) tətbiqi, malların alqı-satqısı ilə üzrə beynəlxalq nəqliyyat müqavilələrinin anlaşılması ilə bağlı mühasiblər arasında müəyyən çətinliklər yaratmışdır.

Qeyd olunanları nəzərə alaraq seminarda aşağıdakı məsələrə toxunulması planlaşdırılır:

1) Malların idxalı və ixracı ilə bağlı gömrük rəsmiləşdirilməsi prosedurası: gömrük rəsmiləşdirilməsi ilə bağlı mal və nəqliyyat vasitələrinə aid müvafiq sənədlərin gömrük orqanlarına təqdim edilməsi;
2) Gömrük bəyannaməsində qeyd olunan xüsusi bölmələrin izahatı: gömrük dəyəri, statistik dəyər və invoys dəyərinin fərqi, onların hesablanması qaydası;
3) İdxal-ixrac zamanı malların alqı-satqısı ilə bağlı mülkiyyət hüququnun keçilməsi anı və bəzi beynəlxalq nəqliyyat (inkonterms) şərtlərinin izahatı.

Həmçinin, seminar zamanı gömrük prosedurları və əməliyyatları, idxal və ixrac, son istifadə, tranzit, saxlanc, emal, təkrar idxal, təkrar ixrac, malların məhv edilməsi, sərbəst zonalar, “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemləri üzrə mövzulara da toxunulacaq”.

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

0 Komment

    Şərh yazın

    Xəbərlər